“Einsteinium” elementi

Kimyəvi element nədir?

Kimyəvi element – eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir.

Müasir dövri sistem cədvəli 117 elementdən ibarətdir. Bu elementlərdən biri dövri sistem cədvəlində 99-cu sırada yerləşən “Einsteinium” elementidir.

Einsteiniumun kəşfi                                         

Bu element ilk dəfə ABŞ nüvə alimi Albert Ghiorso və onun əməkdaşları tərəfindən 1952-ci ilin dekabrında ilk hidrogen bombası sınağının termo-nüvə partlaması nəticəsində kəşf edilmişdir.

Einsteiniumun xüsusiyyətləri

Einsteinium süni şəkildə yaradılan, simvolu Es və atom nömrəsi 99 olan radioaktiv, bərk metaldır. Dövri cədvəldə  atom kütləsi 252-ə bərabər olan bu element aktinoidlərə aiddir. Einsteinium otaq temperaturunda bərk birləşmə vəziyyətindədir. O, bir neçə oksidləşmə dərəcəsi göstərir  və rəngli birləşmələr əmələ gətirir. Ən stabil oksidləşmə dərəcəsi +3 dür.

Einsteiniumun bütün izotopları radioaktivdir. Ən azı 19 nuklid 3 nüvə izomeri məlumdur. İzotopların atom çəkisi 240-258 arasındadır. Ən sabit izotopu 471,1 gün ömrü olan Es-252 dir.

 

YAZAR: Sevinc Cümşüdlü

Həmçinin bax: Oksidlər

Həmçinin bax: turaz.org/qazaxistan-ve-qirgizistan-prezidentleri-ortaq-media-brifinqi-keciribler/