Əhmədinejad Səudiyyə şahzadəsinə məktub göndərdi
İranın eks-prezidenti Mahmud Əhmədinejad Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmana, husilərin lideri Əbdül Malik əl Husiyə və BMT Baş katibi Antonio Quterreşə məktub göndərərək Yəməndəki konfliktin dayandırılmasını istəyib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Nyu York Tayms” qəzeti yayıb.
Əhmədinejad məktubunda müharibənin dayandırılması üçün komitənin yaradılması və buraya dünyada nüfuzu olan şəxslərin daxil edilməsi gərəkdiyini bildirib.
Mənbə:Axar.az
Müxbir:Aytac Cəfərova