Əhməd Yəsəvi dövrünə aid sənədlər aşkar edilib

Türk dünyasının mənəvi lideri Əhməd Yəsəvinin bacısı oğlu və tələbəsi Yusif Ataya aid sənədlər aşkar edilib.

Türk dünyasının mənəvi lideri Əhməd Yəsəvinin bacısı oğlu və tələbəsi Yusif Ataya aid sənədlər aşkar edilib.

Yusif Ata tərəfindən 13- cü əsrdə yazılmış tarixi əlyazmalar, möhürlü sənədlər və nəsil şəcərəsini göstərən 3.5 metr uzunluğundakı cədvəl Çağatay dilində yazılıb.

Ailənin Türküstan şəhərindəki evində qorunub saxlanan bu sənədlər muzeyə bağışlanacağı bildirilib. Həmçinin bu sənədlərdə yazılanlar bir çox dillərə tərcümə ediləcək.

Tarixi sənədlər nəsildən-nəslə ötürülüb və ustad Əhməd Yəsəvinin bacısı oğlu Yusif Atanın nəvələri tərəfindən mühafizə edilib. Əsrlərdir qorunan bu sənədlər bugün üzə çıxarılıb.

Yusif Atanın (nəslindən olan) nəvəsi Saidalim Yuldaşev qeyd edib: “Sovet İttifaqı dönəmində bu sənədləri heç kimə göstərmirdik. O dövrlərdə bu cür sənədləri nə özümüz qoruya bilirdik, nə də başqalarına verə bilirdik. Bugün isə onların üzə çıxarılmasının vaxtıdır”.

Sənədlərdə ustad Əhməd Yəsəvi dönəminə aid vacib qərarlar, yer adları, sərhədlərə dair məlumatlar, insanların gündəlik yaşayışına aid detallar əks olunub.

Saidalim Yuldaşev “Ustad Əhməd Yəsəvinin tələbələri tərəfindən qonaq edildiyi vaxt süfrədəki yeməklərlə dair məlumatlar var. Yasəviyə 12 çeşiddə üzüm təqdim edilibmiş”- deyə söyləyib.

Əsrlərə meydan oxuyan sənədlər Həzrət Sultan Tarix və Mədəniyyəti Qoruma Muzeyinə təqdim ediləcək. Həzrət Sultan muzeyinin müdiri Nurbolat Əhmədcanov “Aşkar edilən bu tarixi sənədlər muzey mütəxəssisləri tərəfindən araşdırılacaq. Bundan əvvəl məlum olmayan yeni məlumatlar ortaya çıxa bilər. Sənədləri qazax dilinə tərcümə edib kitab şəklində yayımlamaği düşünürük” – deyib.

N. Əhmədcanov ustad Əhməd Yəsəviyə aid araşdırmaların həm ölkə daxilində, həm də xaricdə davam etdiriləcəyini də vurğulayıb.

Qaynaq: TRT Avaz

Tərcümə: Məleykə Mirzəli

Həmçinin bax: İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı

Həmçinin bax: https://tehsilim.org/31-mart-soyqirimindan-103-il-otur/