Əfqanıstanda partlayış zamanı azı 40 nəfər həlak olub

Əfqanıstanda partlayış zamanı azı 40 nəfər həlak olub

Əfqanıstanın Lohar vilayətində güclü partlayış törədilib.

“Report”un məlumatına görə, bu barədə “TOLOnews” telekanalı bildirib.

Qeyd edilir ki, hadisə vilayətin inzibati mərkəzi Puli-Alam şəhəri yaxınlığında baş verib. Hadisə zamanı azı 40 nəfər həlak olub. Digər mətbu orqanlar partlayış zamanı daha bir neçə nəfərin yaralandığını bildirib.

Qeyd edilir ki, partlayıcı qurğu küçədə avtomobildə quraşdırılıb.

Mənbə: musavat.com
Müxbir:kafkazh.cok xüsusi müxbir Jalə Hüseynova