Əfqanıstanda güclü partlayış törədilib

Əfqanıstanda terrorçu kamikadze həbsxana yaxınlığında partlayış törədib. 

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində qeydə alınıb.

Qeyd olunub ki, terrorçu kamikadze Cəlalabadın dördüncü rayonundakı həbsxana yaxınlığında partlayıcı maddə ilə dolu olan avtomobili partladıb.

Ölkənin Ədliyyə Nazirliyi partlayışı təsdiqləyib, lakin baş vermiş hadisənin mümkün qurbanları barədə hər hansı bir məlumat verməyib

Mənbə : Milli .az Əfqanıstanda güclü partlayış törədilib

Əfqanıstanda terrorçu kamikadze həbsxana yaxınlığında partlayış törədib. 

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində qeydə alınıb.

Qeyd olunub ki, terrorçu kamikadze Cəlalabadın dördüncü rayonundakı həbsxana yaxınlığında partlayıcı maddə ilə dolu olan avtomobili partladıb.

Ölkənin Ədliyyə Nazirliyi partlayışı təsdiqləyib, lakin baş vermiş hadisənin mümkün qurbanları barədə hər hansı bir məlumat verməyib

Müxbir : kafkazh.com

Xüsusi müxbir :Həziyeva Ülviyyə

Mənbə : Milli .az