ƏDƏBİYYAT VƏ MUSİQİ
Tanrının bəşəriyyət üçün yaratdığı ən gözəl sənət sahələri…Hər zaman bir yerdə addımlayan bu “cütlük” insanın ruhunu təmizləyir, onu mənəvi xəstəliklərdən xilas edir.Amma gərək seçim düzgün olsun.Əfsus ki, bu günümüzdə Azərbaycanın klassik və ya retro musiqilərinı qulaq asanların sayı tükənir.Halbuki, bir dövr var idi, Azərbaycan musiqisi öz sözünü bütün beynəlxalq arenalarda deyirdi.Dünya ölkələrinin əksəriyyətində Azərbaycan musiqisinin pərəstişkarları var idi.Çünki bizim Flora Kərimova, Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Oqtay Ağayev, Polad Bülbüloğlu, Rübabə Muradova və başqaları kimi dahilərimiz, korifey sənətkarlarımız var idi.Bəs indi? İndi kim bizi bu mənəvi “bataqlıqdan” çıxaracaq?Kim bizim musiqi zövqümüzü düzəldəcək? Ruhumuz yorulanda kimin əsərlərini dinləyib uzaqlara gedəcəyik?
İndiki dövrdə bayağı mahnılar səviyyəli musiqi əsərlərini “əzir”.Çünki bizə “ruh oxşayan” yox, “göz oxşayan” musiqilər və ifaçılar lazımdır.Elələri sənət üçün deyil, kütlə üçün oxuyurlar.
ZƏMANƏ ÇOX DƏYİŞDİ…
Bir zamanlar “Ötən günlərimi qaytaraydılar…” deyənlər yerini “şıkı-şıkı baba”-lara verdi.Bütün dünyaya “Bu qatarın dalınca baxma!…” deyərək səs salanların yerinə “Həyat ağlatdı məni”-lər keçdi.”Gəl, ey səhər…” oxuyaraq qəlblərdə taxt quranlar taxtını “Məsti-xumar”-lara həvalə etdi.
İllərlə üzərində işlənən musiqi əsərləri bir gecəyə və iki not üzərində yazılan “mahnılar”-ın altında qalır.Gerçək əsərlərə verilən dəyəri YouTube tətbiqindən əyani olaraq görmək olar.Məsələn: Bayağı mahnıların birinə 137 milyon baxıldığı halda, Flora Kərimovanın yaratdığı “Bilməzdim” əsərinə 237 min dəfə baxılıb.Axı biz belə deyildik?!Bizim zövqümüzə nə oldu?! Bu problemi həll etmək və Azərbaycan musiqisinin əvvəlki qüdrətini bərpa etmək üçün SƏNƏT ƏSƏRLƏRİNİN təbliğatını aparmaq bayağı mahnıların sayını məhdudlaşdırmaq lazımdır.
NƏ QƏDƏR Kİ, BİZİM ZÖVQÜMÜZ DƏYİŞMƏYƏCƏK, BİZİM BAŞQA NƏDƏNSƏ DANIŞMAĞA HAQQIMIZ YOXDUR!
Yazar: Həşimzadə Həmid