Əbülfəs Qarayev mətbuatı boykot etdi: “İstəmirəm…”
Bu yaxınlarda Mədəniyyət naziri vəzifəsindən azad olunmuş Əbülfəs Qarayev hazırda evində dincəlir.
“Yeni Sabah” xəbər verir ki, Modern.az saytının əməkdaşı eks-nazirlə əlaqə saxlayaraq ondan müsahibə almaq istəsə də, Ə.Qarayev geniş danışmaq istəməyib. Sabiq nazir hələ ki, hər şeyin yaxşı olduğunu bildirib:
“Mən mətbuatla əlaqə saxlamaq, mətbuata danışmaq istəmirəm. Mənzilimdəyəm, yaxşıyam, hər şey normaldır. Təşəkkür edirəm”.
Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri vəzifəsindən azad edilib
Mənbə: Yenisabah.az
Müxbir: Həziyeva Ülviyyə