Duyğuların növləri
Duyğuların növləri
Görmə duyğuları xarici aləm haqqında çox zəngin informasiya gətirir. Ətraf aləmdən insan beyninə daxil olan informasiyaların 80-90 faizi görmə analizatoru vasitəsilə verilir. Görmə orqanı-organum visus göz və gözün əlavə aparatından ibarətdir.
Göz-oculus göz alması və görmə sinirindən təşkil olunmuşdur. Göz alması-bulbus oculi kürə şəkilli olub, gözyuvasında yerləşir, ön və dal çıxıq nöqtələri qütb adlanır. Bu qütbləri birləşdirən düz xəttə gözün optik oxu deyilir.
Bu duyğu rənglərin və işığın
inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və
axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün
rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan
elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı
əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq.
Torlu qişada xəyalın alınması:
Buynuz qişa➡️ön kamera➡️bəbək➡️arxa kamera➡️büllur➡️şüşəyəbənzər cisim➡️torlu qişa.
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️
İşığın ötürülməsi.
Görmə analizatoru reseptor və optik hissələrdən ibarətdir. Optik sistemə buynuz qişa, büllur, şüşəyəbənzər cisim aiddir. Gözə düşən işıq şüaları opyik sistemdən keçərək tor qişaya çatır. Şüanın yolu buynuz qişanın, büllur və şüşəyəbənzər cismin əyrilik radiusundan və şüasındırma göstəricilərindən asılıdır. Optik sistemin şüasındırma qüvvəsi dioptriya ilə ölçülür. Əşyanı aydın görmək üçün onun büten nöqtələrindən işıü şüaları tor qişaya düşməlidir. Müxtəlif məsafələrdə olan əşyaları normal görmə üçün akkomodasiya prosesi baş verir. Yaxındakı əşyalara baxdıqda büllurun qabarıqlığı artır, uzaqdakılara baxdıqda büllur yastılaşır.
İşıq qıcıqlarını fotoreseptorlar qəbul edir. Fotoreseptorlar periferik çıxıntılarının formasına görə iki cür olur:
1. Çöpcük
2. Kolbacıq.
Çöpcüklər miqdarca çox olur, alatoran işıq qıcıqlarını qəbul edir. İnsan gözündə çöpcüklərin miqdarı 110-125 milyona qədər olur. Bu çıxıntılar şəklini dəyişmiş dentritlərdir. Hər bir belə çıxıntı xarici və daxili seqmentlərdən təşkil olunub. Kolbacıqların miqdarı az olub, 6-7 milyondur. Gündüz işıq şüalarını qəbul edir. Kolbacıq ən az 3 tipdə olur, bunlar ayrı-ayrı rəngləri, yəni mavi, yaşıl , qırmızı qəbul edir və bunun hesabına görməni təmin edir. Kolbacıqların normal fəaliyyətinin pozulması nəticəsində rəng korluğu və ya daltonizm müşahidə edilir. İşıq qıcıqlarının təsirilə fotoreseptorlarda meydana çıxan impulslar ara neyronlarla qanqlioz qata, oradan da görmə sinirlərinə, görmə yolları vasitəsilə görmənin qabıqaltı reflektor mərkəzinə, sonra da beyinə ötürülür. Burada analiz və sintez getdikdən sonra görmə duyğusu cavab reaksiyası alınır. Bunun sayəsində əşyaların şəklini, rəngini, ölçüsünü, işıqlanma dərəcəsini, yerini və hərəkətlərini ayırd edirik.
Görmə qıcıqlarının qəbul edilməsi:
Torlu qişa➡️görmə siniri➡️orta beyin➡️ara beyin➡️böyük yarımkürələrin ənsə payı (görmə nayihəsi).
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️
Sinir impulslarının ötürülməsi.
Eşitmə duyğusu.
Bu duyğular səslərin inikasından ibarətdir. Müvazinət eşitmə orqanı-organum vestibulacochleare mənşə, morfoloji cəhətcə bir-birilə rabitədə olub əsasən gicgah sümüyünün piramidində yerləşir və qulaq adlanır. Qulaq üç hissəyə ayrılır:xarici, orta, daxili. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. İnsan qulağı saniyədə 20 dən 20000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir. Səs dalğalarının ötürülməsi iki yolla ola bilər: hava və sümük vasitəsilə. Hava vasitəsilə ötürülən səs üıcıqları daha yaxşı eşidilir.
Eşitmə orqanının funksiyası:
Səs dalğaları
➡️➡️➡️➡️➡️Qulaq seyvanı➡️xarici qulaq keçəcəyi➡️təbil pərdəsi➡️çəkic sümüyü➡️zindan sümükcüyü➡️üzəngi sümükcüyü➡️oval pəncərənin elastiki pərdəsi➡️perilimfa➡️endolimfa➡️Korti orqanı➡️➡️➡️➡️➡️(Sinir impulsu)➡️eşitmə-vestibulyar siniri➡️böyük yarımkürələrin gicgah payı.
İybilmə duyğuları.
İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Qoxu orqanı-organum olfactus qoxu hüceyrələrindən ibarət olub, burun boşluğunun yuxarı keçəcəyində və arakəsmənin buna müvafiq səviyyəsində yerləşir. O, qoxu və dayaq hüceyrələrindən ibarətdir. Qaz halında olan iyli maddələrqoxu reseptorlarını qıcıqlandırır. Reseptorlarda əmələ gələn oyanmalar qoxu siniri vasitəsilə böyük yarımkürələr qabığının qoxu nahiyəsinə nəql olunur. Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. Cisimlərin havada uca bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir.
Dadbilmə duyğuları.
Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.Lazarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları
yerləşir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşluluq duyğuları.
Dad orqanı-organum gustus dad tumurcuqları və soğanaqlarından ibarətdir. İnsanda dad tumurcuqları, əsasən dildə olan məməciklərdə, habelə yumşaq damağın, udlağın, qırtlaq qapağının dal divarının selikli qişasında yerləşir. Hesablamalara görə insanda dad tumurcuqlarının miqdarı 2000 qədərdir. Dad reseptorları ağız boşluğunun selikli qişasında və dildə olan dad məməciklərindəki dad tumurcuqlarında yerləşir. Dad hissi dilin müxtəlif nahiyyələrində bir birindən fərqlənir. Dilin uc hissəsi şirin, arxa hissəsi yəni kökü acı, yanları turş, ucu və yan hissələri duzlu dadı hiss edir.
Dəri duyğuları.
Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır:
1. Toxunma,
2. Temperatur
3. Ağrı duyğuları.
Bu qıcıqları qəbul edən reseptorlar vardır. Bu reseptorlarda əmələ gələn oyanmalar hissi sinirlər vasitəsilə onurğa beyni və ara beyindən keçərək böyük yarımkürələr qabığının dəri hissiyyatı nahiyəsinə aparılır.
Dəri-cutis bədənin səthini örtərək onu xarici təsirlərdən qoruyur. Dəri vasitəsilə orqanizmdən müxtəlif duzlar, azot qalıqları və s. xaric olunur. Dərinin bəzi nagiyyələrində 2sm² sahədə 300 qədər hissi sinir ucları olur. Dəri vasitəsilə habelə ikincili cinsi əlamətlər aşkar edilir. Dəri quruluşca epidermis və xüsusi dəridən ibarətdir.
Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər
olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur. İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir. Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır.
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq.
Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və surətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir. Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hərəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duyğusu görmə qavrayışında, lamisə qavrayışında müstəsna dərəcədə əhəmiyyət daşıyır. Əzələ-oynaq hissiyyatını əzələlərdə və oynaqlarda yerləşən reseptirlar qəbul edir.
Müvazinət duyğuları. Bu cür duyğular başın və bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarımdairəvi kanalcıqların içərisindəki endolimfa və bu kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti dəyişdikdə
endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk.
Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin inikasından ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvi duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir.
Yazar: Günel Həsənova
Həmçinin bax Duyğu haqqında anlayış və təsnifatı
https://tehsilim.org/cenubi-ural-dovlet-universiteti/