Düşüncə xətaları

Zehimizdə yaranan düşüncə qalibləri düşüncə xətası adlanır. Bəsit görsənsə də, həyatımızda önəmli rolu var. Belə ki, 11 növü qeyd olunur, onları nəzərdən keçirək:

  1. Ümumiləşdirmə-ən çox yaşadığımız düşüncə xətalarından İstifadə etdiyi ifadələr⤵️
  • Yetərsizəm ; bacarıqsızam ona görə də alınmayacaq. Heç məktəb vaxtı da uğurlu deyildim, ali məktəbədə daxil ola bilmədim. Mən bacarıqsızam
  1. Əmr şəkilcili ( malı, məli) düşünmə- əksərən mükəmməliyyətci insanlar bu cür düşünür . İstifadə etdiyi ifadələr ⤵️
  • Xoşbəxt olmalıyam, səhv etməməliyəm və.s. bu kimi standartlar təyin edirlər və kənara çıxmamağa çalışırlar..

Bu halda özünüzə sual verin: Mən kimə görə? Nəyə görə? bu cür düşünməliyəm və ya hərəkət etməliyəm ?!

  1. Şəxsləşdirmə düşüncə xətası- Baş verən hər hansı neqativ hadisəni mütləq şəkildə özləri ilə əlaqələndirirlər. İfadə olaraq ⤵️
  • Mən çağırdım deyə qəzaya düşdü, mənim hərəkətlərimə görə qəzəbləndi və.s.

Bu halda müqayisə etməyi ağlına belə gətirə bilmirlər və buna özlərini inandırırlar, problemin kökü uşaqlıq travmalarından gəlir.

  1. Etiketləmə düşüncə xətası-ifadələr ⤵️
  • Mən eqoistəm, mən kobudam və s.

5)Müsbəti görməzlikdən gəlmə və 6) Mənfini böyütmə

Sıxlıqla edirik, dostluq və digər şəxsi münasibətlərdə ciddi mübahisələrə səbəb ola bilir , münasibətin pozulması ilə nəticələnir.

– Bu xətada özümüzdə olan üstünlüyü görməzdən gəlirik, mənfi halı isə böyüdürük..

7) Ağ- Qara ( Ya həmişə, ya heç )( Doğru və səhv)

İnsanlarda düşüncələr qütbləşmiş  olur, ya ağ ya qara fonda baxırlar və ətrafındakiləri də bu cür qiymətləndirirlər. Xüsusilə mükəmməliyyətci şəxsiyyət tipində belədir .

İstifadə etdiyi ifadələr ⤵️

  • Əgər yaxşı pionist olmayacamsa, piano dərslərinə getməyim də mənasızdır və s.

8) Zehin oxuma ( Niyyət oxuma)

Həyatimizda davam etməyimizdə refleks olsa da, həddindən artıq olduqda paronoya və şübhələrə yol aça bilər.

9) Proqnozlaşdırma

10) Duyğusal məntiq yürütmə

11) Fəlakətləşdirmə növləri də qeyd olunur.

Həmcinin qorxu və həyəcan problemi olan şəxslər düşüncə sırasından istifadə edirlər . Bunun aradan qaldırılması üçün- sizdə olan həyəcan, qorxu və digər duyğuların faizini çıxarın . Düşüncə xətasını müəyyən etdikdən sonra, normal düşüncə necə olur deyə özünüzə sual verin.  Və yenidən duyğularınızı faiz etibarilə müəyyən et, bu halda azalma müşahidə olunacaq . Həmçinin özünügünahlandırma düşüncə xətasıdır.

Bitdi dediyimiz yerdə başlayır hekayəmiz…ona görə də heç bir şeydən əl çəkməyin, olmaz mən edə bilmərəm, bir dəfə alınmadı yenə alınmaz, kimi fikirlərdən uzaq durun… gücünüzə inanın son nöqtəyə kimi savaşın çünki, siz bitdi demədən həyatda heçnə bitməz 💫🌼

Gözəl həyatlar💛

 Yazar: Psixoloq Aysu Əliyeva

həmçinin bax Atanın uşaq psixologiyasında yeri

həmçinin bax https://tehsilim.org/beynelxalq-ikili-diplom-proqraminin-acilis-merasimi/