Düşmənə!

Take Control Over Your Enemies - Original Products Botanica | Original  Products Botanica

Sən ey əməli bəd ,qəlbi, gözü kor!

Yediyi çörəyə tüpürən nankor !

Yandırıb taladın yurd- yuvamızı

Xaraba qoymusan el-obamızı

Elə düşünmə ki indi qalibsən

Arxalı köpəksən ,özün bilirsən

Vaxtilə qovuldun hər bir diyardan

Hindistan Suriya, Turan, İrandan

Sənə çörək verib, yer –yurd eyləyən

Mərhəmət, himayə xoş üz göstərən

Millətimə qarşı namərdlik etdin

Nankor gözlərini tutsun çörəyim!

Səni Qafqaza  və Azərbaycana

Köçürən, gətirən,yığana lənət

Quyruq buladığın yaltaqlandığın

Səni dövlət edən ağana lənət.

Bizim tikdiyimiz abad şəhərlər

Min bərəkət yağan torpaqlar ellər

İndi sanki susub küsmüş səhradı

Sən bayquşsan deyə xarabazardı.

Biz qədəm basdıqca hər dağ hər dərə

Dönür gülüstana bitirir bəhrə

Sənin yetirdiyin xarabalıqdır

Ya tiryək ya tütün ya bataqlıqdır.

Şəhər tikdirəndə İrəvan xanı

Sənə tikdirməyib o İrəvanı

Qaraçı köçünlə şəhər gətirdin?

Ya  Qarabağ boyda cənnət yetirdin?

Elə sahib çıxdın hər məkanıma

Göz tikdin Gəncəmə,Naxçıvanıma

Dedin:_”mənimkidi bu xalça,tikmə

Geyindiyin çuxa,papaq və çəkmə

Şairin ,alimin yazarın mənim

Şeirin ,musiqin ,mahnın da mənim”.

Oğurladın nə bacardın dilimdən

Tarixim, məbədim, həm xörəyimdən.

Necə “ millət “oldun bilənlər bilir

Necə “ dövlət” qurdun görənlər görür

Göyçə, Amasiya,Zəngəzur ,Vedi

Hər biri gülüstan ,bir cənnət idi

Düşmən tapdağında sadiq torpaqlar

Səninçün yetirir qara tikanlar

Olub keçənləri unutmaz xalqım

Silinməz tarixim ,izim ,yaddaşım

Bil ki o yerlərə biz dönəcəyik

Yaxındadır zəfər ,tez gələcəyik

Sənin qurduğun o xarabalığı

Narkotik əkdiyin pis bataqlığı

Səninlə birlikdə süpürüb ,atıb

Yerində  bağçalar ,saraylar salıb

Yenidən orada cənnət qurarıq

Harda gözəllik var biz orda varıq

Qoy dünya anlasın biz belə xalqıq

Sən orda qonaqsan ey zatı qırıq!      (2009-YANVAR)

Hazırladı:  Rüşanə  Babayeva