Dünyada koronavirusa yoluxanların sayı 16 milyonu ötüb
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 16 milyon nəfəri ötüb.
APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bu gün saat 08.00-a dünyada 16 milyon 46 min 986 nəfər COVİD-19-a yoluxub, 644 min 528 nəfər həyatını itirib. Virusa yoluxanlarda 9 milyon 262 min 520 nəfər sağalıb.
Mənbə: apa.az
Xəbərçi: Aytən Abbasova