Dünyada İlklərimiz
Əsrlərdir Şərqlə Qərb arasında keçid rolunu oynayan, müxtəlif mədəni-mənəvi dəyərlərin toqquşduğu məkanda yerləşən Azərbaycan,bəşəri irsin ən qədim mədəni beşiklərindən biri hesab olunur. Milli mədəniyyətin yüksək səviyyədə inkişafı ilə səciyyələnən Azərbaycan Şərq və dünya tarixindəuğurları,kəşfləri və ilkləri ilə yadda qalmışdır.Bu məqaləmizdə Azərbaycanın dünya tarixindəki ilkləri ilə birlikdə tanış olacağıq.
Şərqdə ilk Demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyətidir.
Azərbaycan Demokratik Cümhuriyyətimizin yaradılmasında və ona rəhbərlik edilməsində Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun böyük rolu olmuşdur. İtirilmiş dövlətçiliyimizin bərpası olan cümhuriyyətin yaradılması Azərbaycan üçün çox mühüm sayılan ilklərdən biri idi. Belə ki,məhz ilk dəfə cümhuriyyəti bütün dünya ölkələri bir dövlət kimi tanıyaraq onun suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşmışlar. 23 ay yaşasa da bu dövlət Azərbaycanın müstəqil dövlət idarəçiliyinin onurğa sütunun hesab edilən parlament, nazirlər kabineti, hüquq-mühafizə orqanları, səhiyyə, təhsil və ordu quruculuğu ilə bağlı çoxsaylı işlər görmüşdür. Məhz hazırki Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qoyub getdiyi təməllər üzərində qurulmuş və onun hüquqi varisidir.
Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ Azərbaycanda verilmişdir.
Müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququ 1918-ci ildə Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi zaman verilib.Müsəlman dünyasındakişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu. Bu Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.
Şərqdə ilk diplomat qadın Sara xatundur.
Azərbaycan qadını tarixən mərdliyi, müdrikliyi və sədaqəti ilə seçilib. Qadınlarımız hər zaman atalarına, ərlərinə, oğullarına dayaq olub, çətin məqamlarda düzgün çıxış yolu tapmaqda kömək ediblər.Təkcə Azərbaycanın deyil, bütün Şərqin dövlətçilik tarixinə adı ilk xanım diplomat kimi daxil olan Sara Xatun da belə məşhur qadınlarımızdandır.
Müsəlman şərqində ilk dəfə qızlar məktəbi Azərbaycanda açılıb.
Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi.
Bütün şərq dünyasının ilk qadın pilotuLeyla Məmmədbəyovadır.
Cənubi Avropa, Yaxın Şərq o cümlədən Qafqazda ilk qadın pilot Leyla Məmmədbəyovadır. O, Bakı Aviasiya Klubunda peşəkar təyyarəçi olaraq yetişdirilib və ilk uçuşunu 1931-ci ildə edib.
Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundovadır.
Məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun tələbəsi olmuş Şəfiqə Axundova 1924-cü ildə Şəkidə doğulub.
1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tanınıb.
İndiyə qədər onun beş yüzdən çox əsər- lirik mahnı və romans, uşaq tamaşalarının musiqiləri də bəstələdiyi deyilir.
Axundova 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adını, 2004-cü ildə isə “Şöhrət” ordeni alıb.
Müsəlman şərqində ilk opera yazan kişi Üzeyir Hacıbəyovdur.
Müsəlman Şərqində opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə qoyulub. Operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyov idi. O, operanın liberottosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.
Dünya tarixində ilk Xəmsə Nizami Gəncəvi tərəfindən yaradılıb.
Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar “Xəmsə” – “Beşlik” adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur.
Nizami Gəncəvi nin “Xəmsə”si Avstriya Milli Kitabxanasının “Azərbaycan əlyazmaları” sərgisində nümayiş etdirilir.
Dünyada ilk dəfə anelgeziyanıkəşf edən alim Mustafa Topçubaşovdur.
1937-ci ildə Dünya Anesteziologiya elm tarixində ilk dəfə olaraq orginal keyitmə üsulunu inyeksion efir yağ narkozunu “Analgezin”i kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına görə, geniş tətbiq edilməyə başlanıb
Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Azərbaycanın görkəmli şəxsiyyəti Lütfizadədir.
1921-ci ildə Bakının Novxanı kəndində anadan olan Lütfizadə daha sonra İrana, ordan isə Amerikaya köçüb və Kaliforniya Berkley Universitetinin ömürlük professoru adını alıb. Lütfizadə hazırda rəqəmsəl texnologiyaların istehsalı və tətbiqində işlədilən qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi tarixə düşüb. Ölümünə qədər bir çox elmi təşkilatlar, rəqəmsal texnologiya şirkətləri Lütfizadənin onlarla əməkdaşlıq etməsini özləri üçün fəxr hesab ediblər.
Qədim şərqin ilk və ən mükəmməl rəsədxanası Cənubi Azərbaycandadır.
Keçmiş əsrlərin yadigarı, dünyanın hər zaman diqqət mərkəzində olan Marağa rəsədxanası 1259-1271-ci illərdə Cənubi Azərbaycanın Marağa şəhərində yaradılmışdır.
Marağa rəsədxanasının banisi görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi olmuşdur.
Dünya tarixində ilk neft quyusu Azərbaycanda qazılmışdır.
1846-cı il Bakıda, Bibi-Heybətdə Zaqafqaziya diyarı idarəsinin şura üzvü VasiliSemyonovun təklifi ilə neft kəşfiyyfatı məqsədi ilə dərinliyi 21 metr olan dünyada ilk neft quyusu qazılmışdır, yəni dünyada ilk dəfə qazma işi müsbət nəticələnmişdir. İş Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında aparılmışdır.
Dünya tarixində indiyədək yeganə olan “Duz mumiya “ Azərbaycanda tapılmışdır.
Tapılan duz mumya insan hazırda Cənubi Azərbaycanın Zəncan şəhərindəki MahmudxanZülfuqari Tarix Etnoqrafiya Muzeyində saxlanılır. İlk duz-mumya insanıntədqiqi, onun tarixinin müəyyən olunması üçün Oxford Universitetinin mütəxəssisləri cəlb edilib. Elmi araşdırmalar nəticəsində məlum olub ki, mumya 2350 il əvvəl yaşayan 16-18 yaşlı gənc oğlana aiddir. O çiynində duz daşıyarkən uçqun altında qalıb. Gənc oğlanın üzərində kətan parçadan olan paltar, bıçaq, ayaqlarında olan ayaqqabı və dəridən olan duz kisə özorginallığını itirmədən qoruyub və xarab olmayıb. Bu, dünyada ən qədim tarixə malik olan duz-mumyadır.
Dünyada ilk və yeganə Beynəlxalq Muğam Mərkəzi Bakıdadır.
Bu mərkəz 2009-cu ildə fəaliyyətə başlayıb. Bu layihənin memarları Vahid Tansu, XauiddinYayk və EtimeAhmeddir.
Azərbaycanın müstəqil bir dövlət kimi tanınması bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir. Bizlər bu dəyərlərə sahib çıxmalı və qoruyub saxlamalıyıq.
YAZI: ” Ən yaxşı esse ” müsabiqəsində 8- ci yerə layiq görülmüşdür.
YAZAR: Gülnar Süleymanova