Dünyada baş verən miqrasiya prosesləri
Miqrasiya insanlıq tarixinin dəyişilməz bir ünsürü olaraq hələ də davam etməkdədir. Tarix boyu insanlar daima daha yaxşı bir yer axtarışında olublar. Bunun əsas səbəbi miqrasiyanı əmələ gətirən səbəblərin olmasıdır. Bunlara misal olaraq iqtisadi, siyasi, sosial və s səbəbləri göstərmək olar.
İqtisadi səbəblərə yaşayış səviyyəsinin aşağı olması, işsizlik, əmək haqqının azlığı və s aiddir. Hazırda miqrant axınları daha çox Amerikaya və Avropa dövlətlərinə müşahidə olunur.”NEW YORK -United Nations Department of Economic and Social Affairs” tərəfindən hazırlanan “Beynəlxalq Miqrasiya 2020 Hesabatı” nəşr olundu. DESA tərəfindən hazırlanan hesabatda, beynəlxalq köçün, son iyirmi ildə rekord sayda artdığı göstərilirdi. Hesabatda 2000-ci ildə dünyada köç edənlərin sayı 173 milyon idisə, 2020-ci ildə isə bu 281 milyon nəfəri göstərirdi.
Hesabata görə,dünyada ən çox miqrantın yaşadığı ölkə 51 milyon ilə Amerika, ikinci sırada isə 16 milyon insan ilə Almaniya yer alırdı. Əlbəttə bu ölkələrə miqrant axınının əsas səbəbi kimi, yüksək həyat şəraitini misal göstərmək olar. Ümumiyyətlə, miqrasiya edilən ölkələrə Avropa ölkələrini (89 milyon), Səudi Ərəbistanı, Rusiyanı və s xüsusilə qeyd etmək lazımdır.
Siyasi səbəblərə isə ölkədə baş verən daxili və xarici müharibələri misal göstərmək olar. Məlumdur ki, Sovet İttifaqının süqutu çoxlu sayda insanın Qərbə yönəlməsinə səbəb oldu. Yuqoslaviya münaqişələri, Bosniya-Herseqovinadakı silahlı münaqişə, 1999-cu il Kosovo müharibəsi və humanitar böhran 850 mindən çox insanın öz yaşadıqları yerlərdən uzaqlaşmalarına təkan verdi.
Bu ölkələrdən biridə Suriyadır. DESA hesabatına görə, 1990-cı ildə Türkiyədəki miqrant sayı 1 milyon 163 min 700 olaraq göstərildi. Ancaq bu rəqəm 29 il sonra təxminən 5 milyon 678 min 800 nəfərə çatdı. Türkiyədəki toplam qaçqın sayının 3 milyon 782 min 200 nəfərə çatdığı, bunun da bir çoxunun Suriyadan gələn qaçqınılar olduğu göstərildi.
Türkiyəyə miqrant axınlarının əsas 4 səbəbi vardır:
1.Qonşu ölkələrdə baş verən siyasi proseslərin bu ölkə xalqlarının daha güvənli və həyat şərtlərinin yaxşı olduğu yerə getmə arzusunun artması
2.Türkiyənin Avropa və Asiya arasında körpü rolunu oynaması
3.Avropaya getməyi hədəfləyən miqrantlar
4.Türkiyənin qonşu ölkələrə nisbətən daha yaxşı iqtisadi cəhətdən imkanları olması
Əslində,Türkiyəyə Suriyadan gələn miqrantların bəzi problemlər yaratdığı göz önündədir. Bunun üçün ilk öncə ölkənin büdcəsinə böyük yük düşür. Aradakı mədəniyyət fərqi bəzi problemlərə gətirib çıxara bilir. İqtisadi cəhətdən ölkənin göstərdiyi yardımlar iqtisadiyyata təsir etsə də, lakin suriyalı miqrantların sərhəd rayonlarında işçi çatışmazlığının aradan qaldırılmasınıda göz önündə saxlamaq lazımdır.
Miqrant problemi ilə üz-üzə qalan əsas region isə Avropadır. Xüsusilə, qərbi Avropaya miqrantların gəlməyinin əsas səbəbi, iqtisadi səbəblər təşkil edir. Bütün miqrantlar iqtisadi cəhətdən liberal sistemə malik olan ölkələrə getməyə səy göstərirlər. Dünyadakı bütün miqrantlar üçün xüsusilə çəkici olan, avropada ən çox miqrant olan ölkə Almaniyadır. 1999-cu ildə sığınma tələbində olan 436.000 insana sosial yardım təmin edilmiş və büdcəyə gətirdiyi yük 4 milyard DM olmuşdur. Hər il Almaniyaya təxminən 100.000 insan gəlməkdədir. Bu insanların çoxu qeyri-qanuni yollarla gəlir və bu sahədə əsas qovşaq nöqtəsi İstanbuldur. Bunun üçün də miqrasiyanın Almaniyada problemlər yaradacağı gözləniləndir. Xüsusilədə, aradakı mədəniyyət fərqini göstərmək olar. Buna görə də buraya gələn miqrantların alman adət və ənənələrinə uyğunlaşması çox çətin haldır. Alman məktəblərində miqrant uçaqlarının alman dilində danışanların sayı azlıq təşkil edir. Buda dərsin keyfiyyətinin düşməsinə və gələcəkdə alman iqtisadiyyatının rəqabətinin zəifləməsinə gətirib çıxara bilər.
Miqrasiya proseslərində diqqət yetirilməsi məqamlardan biri də “Brain drain” yəni “Beyin axını”-dır. Beyin axını daha yaxşı həyat səviyyəsi və həyat keyfiyyəti, daha yüksək maaş, qabaqcıl texnologiyaya çıxış və dünyanın fərqli yerlərində daha sabit siyasi şərtlər axtarışında olan elm adamlarının köçüdür. Beyin axınları əsasən İnkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə olur. 1970-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlıq mütəxəssislərinin böyüklüyü və axını ilə bağlı 40 ölkədə ətraflı bir araşdırma nəşr etdi. Bu hesabata görə, bütün köçən həkimlərin təxminən 90% -i yalnız beş ölkəyə köçdü: Avstraliya, Kanada, Almaniya, İngiltərə və ABŞ.
Əlbəttə ki, gedilən ölkədən böyük mənfi təsirləri olur ki, bunlara misal olaraq: elm adamlarının çatışmazlğı, elm və səhiyyə sahəsində problemlər, iqtisadiyyata təsiri və s aiddir. Lakin, beyin axınının gedilən ölkəyə müsbət təsirləri ola bilər. Misal olaraq Hitler rejimi dönəmində, yəhudi əsilli almanların,Türkiyə və ABŞ-a miqrasiyası elm sahəsinə müsbət təsirləri olmuşdur. Önəmli sayıda Alman Professorlar İstanbulda İqtisad fakültəsinin quruluş çalışmalarına qatılmışlardır.
Bəzi hallarda, gedənlər evdə işsiz və ya az işlədikləri üçün gedişləri əslində göndərən ölkəyə böyük itki verə bilməz. Məsələn, Filippin hökuməti işsiz, ixtisaslı işçilərin xaricdə iş tapa bilməsi üçün müvəqqəti müqavilə-işçi proqramını dəstəkləməyə davam edir və yaxud gedən şəxs öz bilik və bacarıqlarını artırıb, geri dönə bilərki bu da inkişaf etməkdə olan ölkəyə öz müsbət təsirini göstərir.
İstifadə olunmuş mənbələr:
https://www.boldapp.de/2019/09/19/turkiyedeki-gocmen-ve-multeci-sayisi-57-milyona-yaklasti/
Avrupa’ya Legal ve İllegal Göçün Yarattığı Sorunlar https://dergipark.org.tr/tr/download/article-file/9443
Reassessing the Impacts of Brain Drain on Developing Countries
https://www.migrationpolicy.org/article/reassessing-impacts-brain-drain-developing-countries
Suriyeli sığınmacıların Türkiye’ye etkileri
http://www.aljazeera.com.tr/gorus/suriyeli-siginmacilarin-turkiyeye-etkileri
DÜNYA’DA ve TÜRKİYE’DE GÖÇ YÖNETİMİ
http://iibfdergisi.ksu.edu.tr/tr/download/article-file/395572
Brain drain from developing countries:
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1275994/
Göçmenlerin Tercihi ABD ve Almanya
https://www.amerikaninsesi.com/a/gocmenlerin-tercihi-abd-ve-almanya/5740372.html
International Migration:The human face of globalisation
https://www.oecd.org/insights/43569201.pdf
ULUSLAR ARASI GÖÇ SORUNU PERSPEKTİFİNDE TÜRKİYE
https://dergipark.org.tr/tr/download/article-file/200514
Avropada miqrasiya problemi: reallıqla həyata keçirilən tədbirlər arasındakı ziddiyyət
https://elibrary.az/docs/jurnal/jrn2017_1037.pdf
YAZAR: Əli Qənbərov
HƏMÇİNİN BAX: Geştalt nəzəriyyəsi