Dünya Qadınlar Günü

8 Mart – qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də xoş hadisələr nəticəsində yaranmayıb.

8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır. 1910-cu ildə Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin 8 martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunması təklifi ilə çıxış etdi. Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş gününə nail oldular. ABŞ-ın bir çox müəssisələrində “həmkarlar ittifaqı” təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni “həmakrlar ittifaqı” təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq seçki hüququnu tələb edirdilər. 1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu.

“Seçmə və rəhbər vəzifələri tutma hüququ”ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə hüququnu da tələb edirdilər. 1910-cu ildə Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd edilməsinə nail oldu. 1977-ci ildə BMT 8 martı “Beynəlxalq Qadınlar Günü” kimi elan etdi və bununla da “mübarizə” sözü bayramın adından götürüldü, bayram sevgi və diqqət bayramı kimi tarixə düşdü.

Uzun illər boyu müstəmləkə həyatı yaşamağa məhkum olan millətimiz ayrı-ayrı dövlət başçılarının əlində mövhumatın əsirinə çevrilərək, nəticədə mənfi qadın arxetepinin qurbanı olmuşdur. Məhz bu səbəbdən XX əsrin əvvəllərində İstanbulda “Türk gücü” cəmiyyətinin yığıncağında Quzuçu oğlu Təhsin bəy türk kadınlarının millətin inkişafında rolunu vurğulayaraq demişdi: ” Nə qədər ki xanımlar bizimlə bərabər idilər; qüvvət də, qüdrət də bizdə idi. Qadını atdan endirdik ,yanımızdan ayırdıq, qüvvət də, qüdrət də bizdən ayrıldı. Erkək ictimai həyatda aciz qaldı. Kor, topal, çolaq oldu, yarım qaldı. Yarım erkəklərdən təşkil edilən millətlər yarım millətlərdir ”.

Silkinib çıxmasa qadın mətbəxdən
Nə azad ana var, nə azad vətən!

Səməd Vurğun

Qədim türklərdən sonra qadının hüquqlarını məhz İslam dini tanıdı. L.E.Obbaldın sözləri ilə desək, ”Qadınları əsarətdən xilas edib, onlara məhrum edildikləri hüquqları qaytarmaq ancaq İslamiyyətdə gerçəkləşmişdir”.

Qadın cəmiyyətin əsasıdır. Qadının tərəqqisi ölkənin tərəqqisi deməkdir. – Məhəmməd Peyğəmbər

Böyük dövlət xadimi Mustafa Kamal Atatürkün də dediyi kimi, ”Dünyada hər şey qadının əsəridir”.

8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək olsun. Bir gün deyil,hər gün…

YAZAR: Nərmin Hüseynova

 

Həmçinin bax: Fransa inqilabı- IV hissə

Həmçinin bax: turaz.org/turkiye-semerqendde-bas-konsulluq-acir/