Dünəndən bu günə- Böyük zəfər

İllərdi ürəyimizdə olan bir yara var idi. Hansı ki bu yara heç qaysaq bağlamırdı. 1988-ci ildən başlayan müharibə 90-cı illərdə qızışdı. Ermənistan kimi zəif bir xalq necə ola bilərdi ki tarixdə qəhrəmanlıq dastanı yazan bir xalqı yaralamaq istəyə bilərdi? Bu sualın cavabı o qədər çətin deyildi, əlbəttə, terrorçu Ermənistanın arxasında Rusiya var idi. Onlar ilk olaraq Naxcıvan MR girmək istəmişdilər, amma burda şəhər camaatının güclü təzyiqi qarşılaşırlar. Daha sonra rus ordusu 20 yanvar 1990 -cı ildə Bakı şəhərinə girir və burada da eyni təzyiqlə qarşılaşır. Həmin gün Bakının yaddaşına ”Qanlı Yanvar “ kimi yazıldı.

Yavaş -yavaş Azərbaycanın Qara günləri başlayırdı. Müharibə get-getə qızışırdı artıq 20% torpaq düşmən tapdağında idi. 1988-1993 cü illər arasına Azərbaycanın qan yaddaşına “Qanlı Yanvar”, “Xocalı faciəsi” kimi tarixlər yazıldı. 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərinin tək dərdi “Qarabağ” idi. Yeni nəsil ,heç görmədiyi “Qarabağ” dərdi ilə böyüdü. Nəhayət, Azərbaycan 27 sentyabr 2020 -ci ildə bizim olan bizimdir deyərək, müharibəyə başladı.

44 gün çəkən müharibə biz yenidən öz gücümüzü-Tarixi gücümüzü hiss etdik. Hər birimizin ürəyində qürur hissi gəldi, sanki illərdi özgüvənssiz addımlayan xalq idik, bu qələbədən, sonra biz Azərbaycan xalqı daha özgüvənli addımlarla irəlilədik.

İndi 2021-ci il 8 noyabr -Şuşanın azad olunduğu gündür. Sabah zəfər sazişi imzalanacaq, amma bu gün zəfər günü kimi qeyd olunacaq.

 

Qaysaq bağlamayan  yaramız, 44 günə sağaldı.

Şəhidlərimiz qanı, qazilərimizin canı ilə sağaldı.

Zəfər günümüz mübarək!

YAZAR: Rəfiqə Əlizadə
HƏMÇİNİN BAX: 8 Noyabr- Azərbaycanın böyük Zəfər Günü
HƏMÇİNİN BAX: Turaz.org/zefer-gunu-ozbekistan-mediasinda/