Dövri sistem

Elementin sıra nömrəsi atomun bütün xassələrini ifadə edən ən mühüm bir kəmiyyəti nüvənin yükünü göstərir. Bu qanuna uyğunluq 1913 cü ildə Q.Mozli tərəfindən təcrübə yolu ilə müəyyən edilmişdir. O ELEMENTLƏRİN XARAKTERİK RENTGEN SPEKTRLƏRİNƏ UYĞUN OLARAQ dalğa ədədinin atomun yükündən asıllığını öyrənərək aşağıdakı qanunu vermişdir.

Atomun xarakterik rentgen spektr xətlərinin dalğa ədədlərinin kavadrat kökü onn nüvə yükünün xətti funksiyasıdır.

Elementin təbiətini dəyişməsi atom kütləsi deyil sabit qalan nüvə yükü daha dəqiq müəyyən edir. Mozli həmçinin qeyd edir ki, Mendeleyev bəzi elementləri yerləşdirməsi zamanı atom kütlələrinin artması qaydasını pozmuşdur. Çünki, elementlərin xassələri onların atom kütlələri ilə deyil nüvələrin yükü ilə müəyyən olunur. Beləcə dövri qanuna belə bir tərif vermək olar:

Elementlərin eləcədə onların əmələ gətirdikləri bəsit və mürəkkəb maddələrin forma və xassələri atom nüvələrinin yükündən dövri sürətdə asılıdır.

Bu tərif dövri sistemin mahiyyətini daha yaxşı anlamağa imkan verir.

Hal hazırda dövri sistemin 400 dən çox variantı məlumdur. Bunlardan ən əlverişlisi 8 18 32 xanalı kvant enerji kvant enerji səviyyəsinə uyğun olanıdır və qısa uzun olaraq iki variantda çox işlənir. Üfüqi istiqamətdə dövrlər şaquli istiqamətdə isə qruplar yerləşir.

Qrup elementlərin şaquli sütunda yerləşməsidir. Qruplar elementlərin sistemləşdirilməsində çox böyük rol oynayır. Bir çox qruplarda elementlərin oxşar xassələri var. Qruplara qeyri-elmi adlar da verilib; qələvi metallar, qələvi-torpaq metallar, hallogenlər, xalkogenlər, təsirsiz qazlar.

Standart dövri cədvəldə 18 qrup var.

Elelementlərin qruplarda yerləşmələrinin müasir izahı onların xarici energetik səviyyələrində eyni sayda atomun olmasıdır. Qrupların nömrələnməsində ərəb və rum rəqəmlərindən istifadə edirlər.

Dövri cədvəlin qrupları aşağıdakılardır:

Qrup 1-Qələvi metallar və ya Litium ailəsi

Qrup 2-Qələvi torpaq metallar və ya Berillium ailəsi

Qrup 3-Skandium ailəsi

Qrup 4-Titan ailəs

Qrup 5-Vanadium ailəsi

Qrup 6-Xrom ailəsi

Qrup 7-Manqan ailəsi

Qrup 8-Dəmir ailəsi

Qrup 9-Kobalt ailəsi

Qrup 10-Nikel ailəsi

Qrup 11-Mis ailəsi

Qrup 12-Sink ailəsi

Qrup 13-Bor ailəsi

Qrup 14-Karbon ailəsi

Qrup 15-Azot ailəsi

Qrup 16-Xalkogenlər və ya Oksigen ailəsi

Qrup 17-Hallogenlər və ya Ftor ailəsi

Qrup 18-Təsirsiz qazlar və ya Neon ailəsi

Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir.

Dövrü cədvəldə eyni dövrdə soldan sağa doğru getdikcə elementlərin əsasən;
  • Atomun nömrəsi artar
  • Kütlə nömrəsi ve atom kütləsi artar
  • Valent elektronlarının sayı artar
  • Qeyri metallıq artar
  • Elektron alma qabiliyyəti (elektromənfiliyi) artar
  • Elektrona hərislik artar
  • İonlaşma enerjisi artar
  • Metalların ərimə,qaynama nöqtələri və sərtlikləri artar
  • Oksidlərinin turşuluq xassəsi artar
  • Oksidlərinin əsaslıq xassəsi azalar
  • Metallıq özelliği azalar
  • İstilik və elektrik keçiriciliyi azalar
  • Elektron vermə (elektropozitifliği) azalar
  • Atom ölçüsü ve həcmi kiçilir
  • Energetik səviyyələrin sayı dəyişməz.

 

Dövrü cədvəldə eyni qrupda yuxarıdan aşağıya doğru enildikcə elementlərin əsasən;
  • Atom nömrəsi artar
  • Kütlə nömrəsi ve atom kütləsi artar
  • Metallıq xüsusiyyəti yaradır
  • Elektropozitifliyi artar
  • Energetik səviyyənin sayı artar
  • Atom ölçüsü və həcmi böyüyər
  • Qeyri metalların ərimə və qaynama temperaturu artar
  • Oksidlərinin əsaslığı artar
  • Oksidlərinin turşuluğu azalar
  • Elektromənfiliyi azalar
  • Elektrona hərislik azalar
  • İonlaşma enerjiləri azalar
  • Metalların ərimə ve qaynama temperaturu enər
  • Valent elektron sayları dəyişməz.

 

YAZAR: Xanım Hacıyeva

 

Həmçinin bax: https://kafkazh.com/dovri-sistemin-yaranma-tarixi/

Həmçinin bax: https://turaz.org/genc-qehremanlarin-heyati/