Dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqə üzrə müsahibədə 78 nəfər uğur qazanıb

Dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqə üzrə müsahibədə 78 nəfər uğur qazanıb

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
DİM-in iyulun 28-i saat 11:50-yə olan göstəricilərinə əsasən müsahibədə indiyədək 78 nəfər uğur qazanıb. Onlardan 20-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 18-i Kənd Təsərrüfatı Nazirliyində, 12-si Dövlət Statistika Komitəsində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova