Dövlətçilik tarixi

Qafqazın qartalı, Orta Asiyanın bozqurdu, Əcəm diyarın aslanı- Azərbaycan xalqı. Azərbaycan xalqı dünya xalqları arasında qədim mədəniyyətə və dövlətçilik tarixinə sahib olan sayılı xalqlardan biridir. Bu xalqın V minillik dövlətçilik tarixi var. Regionda və eləcə də Yaxın Şərqdə ən qədim dövlətçilik tarixi də məhz bizim xalqımıza məxsusdur.

Azərbaycan tarixində dövlətçilik tarixi ilkin araşdırmalara görə eradan əvvəl 28-ci əsrdə Qızıl tayfası ilə, Qızıl dövləti ilə başlayır. Ən güclü dönəmində b dövlətin sərhədləri Qəzvindən Marağaya qədər olmuşdur. Özlərini Qızıl kiji adlandıran bu toplum qədim mədənəyiyyətə və dövrünün dölətçilik sisteminə sahib olmuşdur.

Aratta Dövləti: Aratta dövləti eradan əvvəl 28-27-ci illərdə Güney Azərbaycan ərazisində yaranışdır. Dövlətin ən qüdrətli zamanında ərazisi Zəncandan Araz çayına, Dəclə çayından Xəzər dənizinə qədər uzanmışdır. Qızıl dövlətindən fərqli olaraq Aratta dövləti ilə bağlı yazılı qaynaqların nisbətən çoxluğu tariximizi öyrənməyə imkan verir. Aratta dövləti Şumeri dəfələrlə məğlub etmiş və öz müstəqilliyi qoruyub saxlamışdır. Hay ” alimləri ” hər şeyimizə olduğu kimi Aratta dövlətimizə də əsassız iddialar irəli sürür. Belə ki, güya Aratta adı Ayrorat, Ararat formasında olmuşdur və hayların dövlətidir. Lakin, tarixi faktlar bunu təkzib edir. Arattalılar Azərbaycan xalqının ulu babasıdır və Azərbaycan dövləti də Arattanın mirasçısıdır.

Kuti Dövləti: Kuti, Qut dövləti 100 il ərzində İkiçayarasında hökm sürmüş və siyasi güc mərkəzinə çevrilmişdir. Hökmdar seçimi hər 5 ildən bir xüsusi qurultayda keçirilmişdir.

Turukki dövləti: Tarixdə bilinənin əksinə ilk dəfə rəsmi şəkildə türk adlandırılan dövlət məhz Turukki dövləti olmuşdur. Turukki dövləti Akkada qarşı mübarizə aparmış və öz müstəqilliyini qorumuşdur.

Bundan başqa Qəmər, Kadusi, Lullubi, Su, Manna, Midya, Atropaena, Albaniya, Elxani, Səfəvi və s. kimi dövlətlərimiz olmuşdur. Azərbaycan xalqı hər dövrdə ən az bir müstəqil dövləti, dövlətçiliyi olması ilə dünya
xalqları arasında seçilir. Bu gün ərazimiz parçalansa da, ərazimizdə dinc soydaşlarımıza qarşı terror aktları
törədilsə də, biz tarixə boylanıb bamalı və babalarımızdan miras qalan gücü yenidən öz damarımızda hiss
etməliyik. Biz Azərbaycan xalqıyıq! Biz birik, iryik, diriyik!