Dövlətçilik- Müstəqillik Günü

V minillik dövlətçilik tarixi olan Azərbaycan xalqı öz qədim mədəniyyəti və dövlətçilik ənənələriilə nəinki
regionun hətta dünyanın ən öndə gələn xalqlarından biridir və birincisidir. Bu gün 18 oktyabr Azərbaycan
xalqının yenidən müstəqillik qazandığı gündür.

Azərbaycanın dövlətçilik tarixi bizim eradan əvvəl 28-ci əsrdə yaranmış Qızıl dövləti ilə başlayır. Daha sonra
bu ənənəni Aratta, Lulubi və şərqdə demokratiyanın beşiyi olan Quti dövləti ilə davam etmişdir. Demək olar ki,
hər dönəm bir müstəqil dövlətə sahib olan xalqımız həmiçinin Quti, Elxanlı, Atabəy, Qaraqoyunlu, Ağqoyunlu,
Səfəvi, Əfşar və Qacar dövlətləri kimi böyük imperiyalar qurmuşdur.

1918-ci il 28 may tarixində yaradılan Demokratik Azərbaycan Cumhuriyyəti və eyni zamanda 1945-ci il
12 dekabrda yaradılan Azərbaycan Demokratik Respublikaları bu ənənəni davam etdirmişlər. Çox təəsüflər
olsun ki, 1828-ci il 10 fevral tarixində vətənim iki hissəyə bölünmüş daha sonra ərazimizdə yaradılan qondarma Ermənistan “dövləti” və qonşu ölkələrə verilən ərazilərimiz nəticəsində vətənim parçalanmışdır. 1988-ci ildən
başlanan Qarabağ münqaişə nəticəsində isə ərazimizin 20%-i işğal edilmişdi.

Lakin, bu gün Tanrının ordusu tərəfindən Qarabağda başladılan Vətən Müharibəsində itirdiyimiz torpaqları
yenidən geri qaytarırırq və mənfur düşmənimizi ərazimizdən qovuruq. Tanrı bizə Bütöv Azərbaycanda
Müstəqillik Gününü qutlamağı nəsib etsin, amin. Tanrı, müstəqilliyimizi qoruyan əsgərlərimizi qorusun və
müstəqilliyimiz uğrunda canından keçən, Şəhidlik zirvəsinə ucalan soydaşlarımıza rəhmət etsin, amin inşaAllah.

Həmiçinin bax: https://turaz.org/musteqillik-gunumuz-qutlu-olsun/
Həmiçinin bax: Dövlətçilik tarixi
Həmiçinin bax: https://tehsilim.org/musteqillik-gunumuz/