Donbas problemi həll edilir? – Ekspert açıqladı
Donbas problemi həll edilir? – Ekspert açıqladı
Rusiya və Ukrayna prezidentləri arasında telefon söhbəti Donbas məsələsi ilə bağlı siyasətdə kardinal dəyişikliyə gətirib çıxarmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Suzdalçev deyib.
O bildirib ki, son günlər Kiyev Minsk razılaşması ilə bağlı səylərini gücləndirib:
“Prezident Zelenski və onun ətrafı “Normand dördlüyü” sammitinin uğurlu keçəcəyini hesab edirlər. Bəllidir ki, Donbas siyasətini (Kiyevin siyasəti nəzərdə tutulur) böyük anlamda ABŞ Dövlət Departamenti müəyyən edir. Lakin burada Ukrayna da hansısa məqamda şəxsi təşəbbüsünü irəli sürür. Müəyyən mənada Avropa Birliyi ilə münasibətdə özünü siyasi subyekt kimi saxlayır. Bu kontekstdə prezidentlərin danışığı yeni nələrəsə gətirməyəcək, adətən köhnə tezislər təkrarlanır”.
Qeyd edək ki, Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub.
Liderlər Donbasla bağlı siyasi vəziyyəti müzakirə ediblər.
Müxbir: Ələkbərova NURAY
Mənbə: Axar.az