Dollar indeksi üzrə texniki təhlillər 3%-a kimi də ucuzlaşa biləcəyi ehtimallarını artırmaqdadır.
Dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir və beləliklə, son 5 ilin minimumlarına doğru 3%-a kimi ucuzlaşacağı proqnozlaşdırılır. Cari ucuzlaşma dalğası, daha çox texniki səbəblərlə sürətlənməkdədir. EUR/USD məzənnəsi isə 1.19$-a ticarət edilir və növbəti ən yaxın hədəfləri 1.20 və 1.21$-dır.
Bununla yanaşı, bu gün Avrozonadan Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq iqtisadi inkişaf və inflyasiya ilə bağlı göstəriciləri məzənnələrə təsiri baxımından önəmli rol oynayacaqdır.
Foreks bazarlarında dolların ucuzlaşması, əlvan metallar bazarlarında da qızıl qiymətinin tarixi rekord səviyyələrdə ticarət edilməsinə səbəb olmaqdadır. Hazırda 1970$-a təklif edilən bir unsiya üzrə qiymət 1983.71$-ın qırılması ilə 2083$-a kimi də dəyər qazana bilər.
Müxbir:Ələkbərova Nuray
Qaynaq:invest.az