Doğru bildiyimiz yanlışlar.

YANLIŞ: Süd vəzisi xərçəngi yalnız qadınlarda baş verir.

  • DOĞRU: Bu xəstəliyə həm qadınlarda həmdə kişilərdə də rast gəlmək mümkündür.

 

YANLIŞ: Əsəblərim pozulanda, şəkərim qalxır.

  • DOĞRU: Qan şəkəri düşəndə ürək döyüntüsü artır, tərləmə gəlir, əhval korlanır. Şəkər yüksələndə isə tam əksini müşahidə edə bilərik.

 

YANLIŞ: Dəvəquşları bir şeydən qorxduqlarında başlarını torpağa basdırarlar.

  • DOĞRU: Beləki dəvəquşları yumurtaların qoymaq üçün güvənli yer axtardıqları üçün başlarını quma basdırırlar.Onlar həm də yumurtaları üçün yumuşaq yer axtarırlar.

 

YANLIŞ: İnfarkt daha çox yaşlılarda baş verir.

  • DOĞRU: Bilinənin əksinə gənclərdə infarkt riski yaşlılara nisətən daha çoxdur.Həmçinin gənc insanlarda infarkt zamanı ölüm riski də daha çox olur.Çünki yaşlılarda körpü damarlar tam formalaşdığından ani infarkt halları zamanı ürək digər damarlardan qan alaraq, qidalanmağa davam edir. Gənclərdə isə bu körpü damarlar formalaşmadığı üçün ani infarkt ölümlə nəticələnir.

 

YANLIŞ: Balığın yaddaşı 3 saniyəlikdir.

  • DOĞRU: Balığ gördüyü bir şeyi hətta 6 aya qədər yaddaşında saxlaya bilər.

 

YANLIŞ: Kəpənəyin ömrü 1 gündür.

  • DOĞRU: Kəpənəyin ömrü 20 gün ilə 1 ay arası dəyişir. Hətta 2 ay yaşayan nümayəndələrinədə rast gəlmək olar.

 

YANLIŞ: Ana qrip olduğu zaman uşağa süd verməməlidir.

  • DOĞRU: Hər ana qripə tutulan zaman xəstəliyini uşağına bulaşdıraram düşüncəsiylə əmizdirməkdən imtina edir. Halbuki ana uşağına süd verə bilər. Ana südü qripə qarşı təbii anticisimlər hazırlayır və körpəni təbii immunitetlə təmin edir. Ana ancaq xəstəliyini uşağa tənəffüs yolları və əl təmasıyla yoluxdura bilər.

 

YANLIŞ: Yemək yeyərkən su içmək kilo artırır.

  • DOĞRU: Yemək yeyərkən su içmək kilo artırmaz, tam əksi iştahı azaldar.

 

YANLIŞ: Balıq yeməyi ilə ağartı məhsulu yemək olmaz.

  • DOĞRU: Bu zaman zəhərlənmənin səbəbi ağartı məhsulu deyil, balığın içindəki histamin proteinidir.Bu maddə ağartı məhsullarında da olduğundan bədəndə histaminin miqdarını artırır, allergiyaya səbəb olur və qaşıntı verir. Balığın təzəliyinə güvənməklə ağartını birgə və ya sonra yeməyin heç bir təhlükəsi yoxdur.

 

YANLIŞ: Cəfəri suyu insanı arıqladır.

  • DOĞRU: Cəfəri sidikqovucu təsirə malikdir. Müntəzəm olaraq bu göyərtinin suyunu içənlər bu təsiri nəticəsində özlərini yüngülləmiş hiss edə bilərlər. Tərəzidəki rəqəm bir az da az ola bilər. Amma əslində bu işin arıqlamağa və yağ yandırmağa heç bir faydası yoxdur.

 

YANLIŞ: İnsulinə nə qədər gec başlansa, o qədər yaxşıdır.

  • DOĞRU: Erkən insulin müalicəsi mədəaltı vəzilərini qoruyur, orqanizmin yeni insulin istehsal etməsini dəstəkləyir.

 

YANLIŞ: Antibiotiklər qriplə mübarizə aparmağa kömək edir.

  • DOĞRU: Qripin müalicəsində antibiotiklərin heç bir rolu yoxdur. Antibiotiklər ancaq bakteriyalara təsir edir qrip isə virusdur. Buna görədə qripə heç bir təsiri yoxdur.

 

YANLIŞ: Çox kitab oxumaq, çox çalışmaq gözü zəiflədər.

  • DOĞRU: Gözün funksiyası görməkdir. Yəni ki, göz öz funksiyasını yerinə yetirərkən zəifləməz. Yeter ki, çalışarkən ulturabənövşəyi şüalara, lazer işığına və.s şüa verici işıqlara məruz qalmasın.

 

HAZIRLADI: Qafqaz Maarif Birliyinin Maarif Şöbə – Milli Maarif Dərnəyinin Biologiya klubu

Həmçinin bax: https://kafkazh.com/munchausen-sindromu/

Həmçinin bax: https://kafkazh.com/meymun-kanzi/

Həmçinin bax: https://turaz.org/son-deqiqe-sehid-ve-yaralilarin-kreditleri-silindi-qerar/