DNT-nin replikasiyası.
DNT-nin replikasiyası onun ikiləşməsidir.Yəni DNT molekulunun öz kopyasını yaratmaq qabiliyyəti. Bu onun molekul quruluşunun özünəməxsusluğu ilə əlaqədərdir. DNT replikasiyasının (Reduplikasiya) üsulunu yarımkonservativ adlandırmaq olar, çünki hər yeni molekulda bir zəncir ana zəncir, digəri isə qız zəncirdir.
Hüceyrənin fərdi inkişafının müəyyən dövründə xüsusən mitoz bölünməsindən öncə hüceyrə tsiklinin S fazasında DNT molekulu ikiləşir yəni replikasiya olunur. Bu zaman DNT molekulunun ikiqat zənciri replikasiya başlanğıcı adlanan nahiyələrdən helikaza fermentinin iştirakı ilə açılmağa başlayır. DNT zənciri açıldıqda boş qalan hər bir zəncir matrisa kimi istifadə olunaraq, komplementarlıq prinsipinə tam uyğun olaraq, DNT-polimerazaların və bir sıra başqa zülalların (və fermentləin) köməyi ilə yeni zəncir yığılır. Belə ki, hər bir adenin qarşısında timin, quanin qarşısında sitozin yığılır. Nəticədə bir DNT molekulu əvəzinə tamamilə əvvəlki nukleotid tərkibinə malik iki “qız DNT” molekulları yaranır. DNT-nin yeni əmələ gəlmiş hər bir molekulunda zəncirin biri əvvəlki molekulundan götürülür, digəri isə yenidən sintez olunur. DNT-nin sintezi fermentativ prosesdir. DNT ancaq nukleotidlərin yerləşməsi ardıcıllığını verir, replikasiya prosesini isə zülal-ferment yerinə yetirir. Fərz edilir ki, ferment elə bir DNT-nin uzun molekulu boyunca onun bir ucundan o birinə doğru sürünür və özündən arxada iki eyni DNT molekulu qoyur. Hüceyrədə xromosomların ikiləşməsinin əsasında DNT-nin ikiləşməsi durur. İkiləşmiş xromosomlar qız hüceyrələrə bölüşməklə DNT üzərindəki irsi informasiyaları da qız hüceyrələrinə daşıyırlar. Elə ona görə də DNT-yə hüceyrənin irsiyyət molekulu, irsiyyət daşıyıcısı deyilir. DNT-hüceyrədə olan bütün kimyəvi birləşmələrdən bir də onunla fərqlənir ki, DNT-nin hüceyrədə miqdarı həmişə sabit qalır. Hüceyrədə olan molekullar içərisində DNT yeganə molekuldur ki, bütün fərdi inkişaf dövründə normal şəraitdəbir qayda olaraq dəyişilmir (normada qalır).
DNT replikasiyası DNT-nin Uotson Krik modelinə tam müvafiqdir və bu modelə görə DNT-nin fiziki-kimyəvi və bioloji xüsusiyyətlərini, xüsusən də hüceyrənin bölünməsi və proliferasiyası mexanizmini izah etmək mümkün olmuşdur. Uotson-Krik modelinin əsas xüsusiyyətləri aşağıdakılardır:
- Hər DNT molekulu iki uzun antiparalel cütləşmiş polinukleotid zəncirindən ibarət olub, mərkəzi ox ətrafında burulmuş ikiqat spiral əmələ gətirir.
- Hər bir nukleotid spiralın oxuna perpendikulyar səthdə yerləşir.
- Zəncirlərdən hər biri digəri ilə hidrogen rabitələri ilə birləşir.
- Nukleotidlərin birləşməsi yüksək dərəcədə spesifikdir komponentlərinin (hissələri) arasındakı məsafə 11 A-dir.
- Zəncirlərdən birinin nukleotidlərinin ardıcıllığı digər zəncirin nukleotidlərinin ardıcıllığını müəyyən edir.
Eukariot hüceyrələrdə DNT-nin replikasiyası mitoz və ya meyoz bölünməyə hazırlaşan hüceyrələrin DNT-də baş verir.Eukariotlar prokariotlara baxdıqda onların tərkibində daha çox zülal var.Buna görədə eukariotlarda replikasiya daha mürəkkəb gedir.Lakin ümumi olaraq baxdıqda ikisindədə eyni mexanizmlə gedir bu proses. Prokariotlarda və eukariotlarda DNT-nin replikasiyasının sürəti fərqlidir. Bakteriyalarda bu proses təxminən dəqiqədə 30 mkm təşkil edir. Eukariotlarda replikasiya nisbətən yavaş gedir. ukariotlarda və prokariotlarda DNT-nin replikasiyası zamanı baş verən molekulyar bioloji proseslər əsasən oxşardır. Əgər bakterial xromosomda replikasiya vahidi – replikon varsa, o zaman eukariot xromosomlarında da DNT replikasiyası üçün ayrı-ayrı replikon ardıcıllığı mövcuddur. Eukariot xromosomlarında hər an bir-birindən asılı olmadan replikasiya çəngəlləri çoxluğu hərəkətə başlaya bilər. Replikasiyaçəngəlinin hərəkəti ya əks istiqamətdə hərəkət edən çəngəllə toqquşduqda və ya xromosomun sonuna çatdığı zaman dayana bilər. Nəticədə xromosomun bütün DNT-si qısa bir vaxtda replikasiyaya uğrayır.
YAZAR: Əsədzadə Mahizər
Həmçinin bax: https://kafkazh.com/molekulyar-biologiyanin-esas-tedqiqat-modelleri/
Həmçinin bax: https://tehsilim.org/riyaziyyat-fenni-uzre-yeni-dersliyin-ferqli-cehetleri/