Diqqətin xüsusiyyətləri və növləri

Diqqətin 5 əsas xüsusiyyəti ayırd edilir: diqqətin mərkəzləşməsi, davamlılığı, həcmi, keçirilməsi və paylanması. Göstərilən xassələr bütün adamlarda eyni səviyyədə inkişaf etmir. Məsələnbəzi adamlarda diqqət daha çox mərkəzləşməyə, digərində isə paylanmaya meyl edir. Diqqətin həcmi onun eyni vaxtda əhatə etdiyi çisimlərin miqdarı ilə müəyyən edilir. Diqqətin həçmi fərdi Şəkildə dəyişən bir kəmiyyət olub və əsasən bir-biri ilə əlaqəsi olmayan obyekti əhatə edir. Əksər hallarda diqqətin həcmini ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur. Bu cihaz vasitəsilə qıcıqlandırıcılar elə nümayiş etdirilir ki, yoxlanılan Şəxs nəzərini bir obyektdən diqərinə keçirə bilməsin.Diqqətin həcmi qavranılan cisim və hadisələrin bir-biri ilə nə qədər sıx əlaqədar olmasından aslıdır. Cisim və hadisələr bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin həcmi də bir o qədər böyük olar. Diqqətin mərkəzləşməsi dedikdə şüurumuzun müəyyən bir obyektə yönəlməsi və başqalarından uzaqlaşması başa düşülür. Diqqətin davamlılığı dedikdə ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılması başa düşülür. Diqqətin paylanması dedikdə eyni vaxtda iki və daha artıq müxtəlif işi yerinə yetirmək bacarığı başa düşülür. Diqqətin paylanması insanın psixoloji və fizioloji vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha çox mərkəzləşməsini tələb edən fəaliyyət növlərinin həyata kecirilməsi zamanı diqqəti paylamaq çətin olur. Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən digər obyektə, bir fəaliyyətdən digər fəaliyyətə keçirilməsidir. Diqqətin keçirilməsi məqsədli prosesdir. Diqqətin tərəddüdü insanın şüurunun əsas obyektindən kənar obyektə yönəlməsi və yenidən əsas obyektə qayıtmasında ifadə olunur. Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqədar olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur. Diqqətin əsas xüsusiyyətlərindən biri də onun dalğınlığıdır. Dalğınlıq əqli fəaliyyətlə məşğul olanlarda özünü biruzə verir. yönəlişlik və mərkəzləşmənin xarakterindən asılı olaraq diqqətin 3 növünü qeyd edirlər: qeyri-ixtiyari, ixtiyari və ixtiyaridən sonrakı diqqət. Qeyri ixtiyari diqqət diqqətin daha sadə növüdür, o heç bir iradi cəhdlə məqsədlə bağlı olmayan diqqətdir. Qarşıya məqsəd qoymadan psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi qeyri-ixtyari diqqət üçün xarakterik haldır. Bu zaman bizi əhatə edən cisim və hadisələr diqqətin seçiciliyini təmin edir. Qeyri-ixtiyari diqqətin yaranması üçün qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdırlar. Bura qıcıqlandırıcıların intensivliyini, gözlənilmədən təsirini, onlar arasındakı kontrastı, təsir etmə müddətini, həmçinin qıcıqlandırıcıların yeniliyi və qeyri-adiliyini, Şəraitin kəskin dəyişməsini və s aid etmək olar. Qeyri-ixtiyari diqqətə səbəb olan digər amillərə isə biz insanın maraq və tələbatlarına, onun daxili vəziyyətinə üyğun gələn qıcıqlandırıcıları aid edilir.Qeyri-ixtiyari diqqətin əmələ gəlməsinə təsir edən qıcıqlandırıcılar bir sıra spesifik xüsusiyyətlərə malik olmalıdır:
1.Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri. 2.Qıcıqlandırıcının yeniliyi və qeyri-adiliyi. 3.Obyektin hərəkətdə olması.
Qeyri-ixtiyari diqqət insanın emosional vəziyyətindən asılı olaraq da əmələ gəlir. İxtiyari diqqət yalnız insana məxsusdur. İnsanın xüsusi niyyəti, məqsədilə bağlı olaraq əmələ gələn və xüsusi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir. İxtiyari diqqət daha çox fəaliyyət prosesində əmələ gəlir və fəaliyyətin tənzim olunmasına yönəlmiş olur. Davamlı diqqətin əmələ gəlməsi bir sıra şərtlərdən asılıdır. İxtiyari diqqətdən sonrakı diqqət isə iki mərhələyə ayrılır.

Birinci mərhələdə məqsədə müvafiq olaraq fəaliyyəti yerinə yetirmək üçün iradi səy göstərilir, ikinci mərhələdə isə işlə maraqlanmağa başlayır və bu zaman iradi səy vasitəsiz maraqla əvəz olunur. Diqqətin aşağıdakı növlərini fərqləndirə bilərik: 1. Təbii və sosial baxımdan şərtlənmiş diqqət 2. Bilavasitə və vasitəsiz diqqət

Yazar: Həsənova Günel

Həmçinin bax Qavrayışın növləri

https://turaz.org/cografiya-institutu-adindan-olke-prezidentine-muraciet-derc-edilib/