DİM tərəfindən indiyə kimi keçirilən buraxılış imtahanlarında hər hansı mənfi hal qeydə alınmayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən indiyə kimi keçirilən imtahanlarda hər hansı mənfi hal qeydə alınmayıb.

Kafkazh.com xəbər verir ki, bunu iyulun 20-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib. O bildirib ki, eyni zamanda, Mərkəz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində virusa yoluxma faktı da qeydə alınmayıb.

 

Mənbə: kafkazh.com 

Xəbərçi: Aytən Abbasova