DİM sədri: “Magistraturada dövlət sifarişli yerlərə qəbul olanların 95,7 faizi qeydiyyatdan keçib”
“Magistraruraya qəbul olunanların qeydiyyatı iyulun 20-nə qədər davam edəcək”.
APA-nın məlumatına görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, dövlət sifarişli yerlərə qəbul olanların 95,7 faizi qeydiyyatdan keçib: “Digər yerlərə qəbul olanların 88,52 faizi qeydiyyatdan keçiblər. Demək olar 44 universitetdən 20-də qəbul olanların 90 faizi qeydiyyatdan keçib. Ümidvarıq ki, iyulun 20-nə qədər proses başa çatacaq. Bu proses onlayn şəkildə davam edir. 864 nəfər subbakalavrın məlumatları daxil olsa da, onlar ərizələrini təsdiq etməyiblər. Onlara müraciət edirəm ki, ərizlərini təsdiqləsinlər”.
Mənbə: Apa.az
Xəbərçi: Qafqazh.com saytının xüsusi müxbiri Aytən Abbasova