DİM rəsmisi: 58 mindən artıq abituriyent, şagird üçün imtahanlar keçiriləcək
Respublikamızın müəyyən şəhər və rayonlarında iyunun 19-da sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı iyunun 24-25-də və iyulun 2-3-də keçiriləcək buraxılış imtahanları təxirə salınmışdı. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası Nazirlər Kabineti yanında Operativ Qərargaha imtahanların keçirilməsi ilə bağlı müraciət etdi. İmtahanların keçirilməsinə icazə verildi. Epidemioloji vəziyyət bu imtahanlar keçirilməsinə uyğundur. Ona görə də bu imtahanlar iyulun 23-24-də keçiriləcək. İmtahanlarda iştirak edəcək kontingentin siyahısı, hansı şəhər və rayonlarda keçiriləcəyi DİM-in saytında yerləşdirilib. Hər bir şəxs buraxılış vərəqələrini çap edib, müəyyən olunmuş vaxtda imtahanda iştirak edə biləcək. Ola bilər ki, kimsə daxil olub qrafikdə rayonunu tapmır. Növbəti həftə də imtahanlar keçiriləcək. Bu həftə ərzində növbəti həftəiçi keçiriləcək imtahanların qrafikini də elan edəcəyik.
Kafkazh.com xəbər verir ki, bunu iyulun 20-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, iki həftə ərzində 58 mindən artıq abituriyentin, şagirdin imtahanları keçiriləcək.
Mənbə: kafkazh.com
Xəbərçi: Aytən Abbasova