Dərman bitkiləri

Bitkilər insanların həyatında çox mühüm əhəmiyyət kəsb edir, bunların içərisində dərman bitkilərini xüsusi vurğulamaq lazımdır. Dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibində olan fizioloji prosesslərə təsir edən fəal maddələrin olmasından asılıdır. Müxtəlif xalqlar tərəfindən 12 mindən çox dərman bitkisi aşkarlanmışdır. Azərbaycanda isə dövlət farmokopeyası tərəfindən 220-dən çox dərman bitkisi istifadə edilir. Dərman bitkisi kimi istifadə olunan bitkilərə kinə ağacını, erkək ayıdöşəyini, gənəgərçəyi, valerianotunu, kəklikotunu, yarpızı, zirəni, gülxətmini, andızı və s. bitkiləri misal göstərə bilərik.

 Erkək ayıdöşəyi. Erkək ayıdöşəyi sıx meşələrdə geniş yayılmışdır. Zaqafqaziyada, əsasəndə Azərbaycanın meşəlik rayonlarında daha geniş yayılmışdır. Müalicə məqsədi ilə bitkinin yarpaqlarından, kökümsovundan, həmçinin sporlarından dəmləmə, cövhər və ekstraktlar şəklində istifadə edilir. Əsasən qurdqovucu, büzüşdürücü, ağrıkəsici, yarasağaldıcı, bakteriostatik təsirə malikdir. Bunlardan əlavə, ağciyər, mədə və onikibarmaq bağırsağın xorası, sidik kisəsi, revmatizm və qadın xəstəliklərində, iflic, irinli yara və xoraların müalicəsində də istifadə edilir.

Valerianotu. Pişikotu cinsinə aid bir bitkidir. Dünya farmosevtik sənayenin istehsal etdiyi əksər sakitləşdirici dərman preparatların içinə valerianotu daxil edilir. Pişikotu dəmləməsi və ekstraktı baş ağrıları, əsəbilik, miqren, isteriya, nevroz, yuxusuzluq zamanı yaxşı təsir edir. Bundan əlavə, pişikotu ürək-damar sistemi xəstəliklərində və pozulmasında da çox yaxşı kömək edir. Pişikotu qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir. Pişikotu dəmləməsi əlavə olunmuş vannalar körpələr üçün çox xeyirlidir. Belə ki, bu vanna körpələri sakitləşdirir və tez yuxuya keçməsinə köməklik edir.

Kəklikotu. Kəklikotu əsasən sinir sisteminə müsbət təsir edir. Beyində qan dövranını və mübadilə proseslərini yaxşıladırır, baş ağrıları, xroniki yorğunluq ilə mübarizə aparır, yuxunu bərpa edir, yaddaşı və təfəkkürü yaxşılaşdırmağa kömək edir. Bundan başqa kəklikotu dəmləməsini soyuqdəyməylə, eləcədə, ağızboşluğu iltihablarla  mübarizədə istifadə edirlər.

Kəklikotundan  yağ da əldə edirlər ki, bu yağdan xoralar, yanıqlar, güclü donvurma zamanı isifadə edilir.

Yarpız. Azərbaycanda bu bikinin 4 növünə rast gəlinir; su yarpızı, uzunyarpaq yarpız, pulqar yarpızı və istiot yarpızı. Bunların içərisində ən geniş yayılmışı su yarpızıdır. Yarpız gövdəsi və yarpaqları tüklü olan , saplaqlı yarpağa, çəhrayı və ya göyümsov çiçəklərə malik olan , qədimdən soyuqdəyməyə qarşı mübarizədə  istifadə olunan bir bitkidir. Yarpızın tərkibində efir yağları vardır ki, bu da sinirlərə, qan-damar sisteminə qıcıqlandırıcı təsir edərək, iltihabı qovur. Bundan başqa, yarpız həzmi asanlaşdırır, yarpaqlarında C vitamini olduğuna görə iştahın açılmasına, immunitetin güclənməsinə də  yardımcı olur. Bu bitkinin tərkibində güclü mikrobölüdürücü maddə olduğundan qriplə mübarizədə də istifadə oluna bilər.

Yarpız dəmləməsi isə böyrəklərdə, oynaqlarda, sidik yolunda duz, kirəc, daş olan xəstələrə, eləcədə, sinə nahiyyəsində ağrıları olan xəstlərə müsbət təsir göstərir. Yarpızın müsbət təsirləri ilə yanaşı mənfi təsirləridə vardır. Belə ki, yarpız uşaqdüşürücü xassəyə malik olduğundan hamilə qadınlar bu bitkidən uzaq durmalıdırlar. Bundan başqa yarpızın tərkibində efir yağları çox zəhərli olduğundan udulmamalıdır. Gün ərzində dəmləməsi 3 stəkandan artıq qəbul edilməməli, eləcədə, 5 gündən çox ard-arda istifadə etmək də yolverilməzdir.

Zirə. Zirə çox dəyərli dərman maddəsi olduğu üçün ondan, bir çox, xəstəliklərin müalicəsində istifadə edilir. O, iltihabın aradan qaldırılmasına, iştahın açılmasına, köp probleminin aradan qaldırılmasınada yardımcı olur. Qara zirənin tərkibində timoquinon adlı xüsusi bir maddə tapılmışdır ki, bu maddə mədəaltı vəz xərçəngi , prostat vəz xərçəngi, uşaqlıq və  bağırsaqda olan qan xərçənginə faydalı təsir göstərir. Qara zirənin davamlı istifadəsi immuniteti gücləndirməyə, arterial qan təzyiqinin tənzimlənməsinə, qanda şəkər səviyyəsinin aşağı salınmasına, ürəyin fəaliyyətinin nizamlamasına müsbət təsir göstərir. Bundan əlavə, qara zirədən alınmış yağdan dərinin bərpa edilməsində istifadə edilir. Məsələn; bu yağı saç diblərinə masaj edərək saçın gurlaşmasına, kəpəyin təmizlənməsinə nail olmaq olar. Bundan başqa, zirə yağı ağ saçların nisbətən qaralmasınada səbəb olur.

Qara zirənin tərkibində antioksidant maddəsinə də rast gəlinir ki, bu maddə sayəsində zirə yağından arıqlamaq üçün də istifadə edilir. Bundan əlavə, zirə yağını miqren zamanı pambıq vaisitəsilə qulaq diblərinə , alına və burun içinə masaj edərək vurmaq nisbətən ağrını azaltmağa yardımcı olur.

Gülxətmi. Gülxətmi çiçəyinin ən faydalı qismi kök hissəsidir. Gülxətmi çiçəyinin faydalarından biri də onun sidikqovucu funksiyasının olmasıdır. Sidikqovucu olduğu üçün o orqanizimdə olan toksinlərin xaric olmasında çox faydalıdır. Ən çoxda böyrək və sidik yollarında olan toksinlərin xaric olunmasında əhəmiyyətlidir.

Gülxətmi çiçəyi, eləcədə, antimikrob təsirə malikdir. Onun bu xüsusiyyətə malik olması diş əti və boğaz infeksiyalarında isifadə olunmasına səbəb olur. Gülxətmi həmçinin dərinin pərpasındada geniş istifadə olunur. Belə ki, bədənin hər hansı bölgəsində səpgilər və ya yaralar olarsa gülxətmi dəmləməsi çox yaxşı təsir göstərir. Gülxətmi çiçəyinin dəmləməsinin faydaları bununla bitmir, belə ki, soyuqdəymə hallarında bəlğəmli öskürək zamanı 10 gün gülxətmi dəmləməsi içmək çox yaxşı təsir göstərir.

Gülxətmi çayının tərkibində müxtəlif  lipidlər vardır ki, bu da ürək və qaraciyərin fəaliyyətinin yaxşılaşmasına , çiçəyinin tərkibində olan vitaminlər isə iştahın artmasına səbəb olur.

YAZAR: İlduzə Məhərrəmli
HƏMÇİNİN BAX: Özbək şair Şövkət Rəhmanın şeirləri
HƏMÇİNİN BAX: Tehsilim.org/naxcivan-dovlet-universitetinde-daha-bir-yenilik/