Dəri xərçəngi – Melanoma

Dəri xərçəngi – Melanoma

Dəri xərçəngi, dəri hüceyrələrinin DNA-sında bir səhv (mutasiya) meydana gələndə ortaya çıxır. Bu mutasiyalar hüceyrələrin nəzarət edilə bilməz şəkildə böyümələrinə səbəb olurlar və xərçəng xəstəlikli hüceyrələrdən meydana gələn bir kütlə əmələ gətirirlər.

Digər xərçəng növləri kimi, melanomalar da sağlam genlərdəki mutasiyalar və ya nəzarətsiz çoxalmanı üstələyən genlərin funksiyalarının pozulması səbəbindən meydana gəlir.  Bədxassəli melanomanın ailədə% 10 ötürülmə dərəcəsi olduğundan, bu xəstəliyin inkişafında genetik meyl çox vacibdir.

Dəri xərçəngi, dərinizin ən üstdəki qatı olan  epidermisdə başlayır. Epidermis, orqanizmdən davamlı tökülən dəri hüceyrələrindən ibarət qoruyucu örtüyü təmin edən incə bir təbəqədir.

Dərinin rəngini verən melanin adlanan rəngli piqmentlər melanosit adlanan dəri hüceyrələri tərəfindən istehsal olunur.  Bu hüceyrələrin nəzarətsiz bölünməsi və çoxalması nəticəsində meydana gələn dəri xərçəngi melanoma və ya melanoma olaraq təyin edilir.

Melanomalar digər dəri xərçənglərinə nisbətən daha az yaygındır, lakin dəri xərçəngi ilə əlaqəli ölümlərin təxminən 75% -i melanomalara bağlıdır.  Xərçəng hüceyrələri çox sürətli böyüyən və sistematik olaraq yayılmış bir davranış nümayiş etdirir.

Bütün xərçəng növlərində olduğu kimi, erkən diaqnoz dəri xərçənginin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir, buna görə də dəridə xərçəng əlamətlərinin erkən tanınması və düzgün qiymətləndirilməsi son dərəcə vacibdir.

Dəri hüceyrələrinin anormal böyüməsi olan dəri xərçəngi ən çox günəşə məruz qalan dəridə meydana gəlir. Ancaq, xərçəngin bu həddən artıq çox görülən növü normal şəraitdə günəş şüasına məruz qalmayan dəri nahiyələrində də meydana gələ bilməkdədir.

Dəri xərçənginin bazal hüceyrəli karsinoma , skuamoz hüceyrəli karsinoma və melanoma olmaq üzrə üç əsas növü mövcuddur.

Dəri xərçəngi əvvəlcə saçlı dəri, üz, dodaqlar, qulaqlar, boyun, sinə, qollar və əllər və qadınlarda ayaqlar daxil olmaqla dərinin günəşə məruz qalan sahələrində ortaya çıxır. Ancaq ovuc, əl və ayaq dırnaqlarının altı və genital nahiyə kimi günəş şüasını nadir hallarda görən nahiyələrdə də meydana gələ bilər.

Dəri xərçəngi, dəri rəngi tünd olan insanlar daxil olmaqla dəri rəngi fərq etmədən bütün insanlara təsir edə bilməkdədir. Melanoma, dəri rəngi tünd olan insanlarda ortaya çıxarkən əlin içi və ayaq dabanı kimi normalda günəşə məruz qalmayan sahələrdə görülməsi daha güman ediləndir.

Bazal hüceyrəli karsinoma , ümumiyyətlə boyun və ya üz kimi bədənin günəşə məruz qalmayan nahiyələrində meydana gəlir.

     Bazal hüceyrəli karsinomaya
  1. Mirvariyə oxşar, sədəf kimi və ya şam kimi suluqlar
  2. Düz, ət rəngində və ya qəhvəyi yaraya oxşar zədə kimi rast gəlinir .

Skuamoz hüceyrəli karsinoma ən çox üz, qulaqlar və əllər kimi bədəninizin günəşə məruz qalan nahiyələrində ortaya çıxır.

      Skuamoz hüceyrəli karsinomaya
  1. Bərk, qırmızı nodul
  2. Səthi qabıqlı və ya səpkili düz ləkə halında rast gəlinir.

Melanoma , bədəninizin hər hansı bir yerində, başqa bir əlamət müşahidə edilməyən dəridə və ya xərçəngə çevrilən bir dəri xalında otaya çıxa bilər. Melanoma, ən çox təsirlənən kişilərin üzündə və ya bədənində görülür. Qadınlarda, bu xərçəng növü ən çox baldırlarda meydana gəlir.

    Melanomanın əlamətləri :

Tünd ləkələrin müşahidə edildiyi böyük qəhvəyi ləkə,

Rəng, böyüklük və ya hiss dəyişikliyi göstərən və ya qanaxmanın müşahidə eildiyi dəri xalı

Nizamsız məhdudlaşmış və qırmızı, ağ, mavi və ya mavi-qara görünən nahiyələrin yerləşdiyi kiçik ləkə.

Əlin içi, ayaq dabanı, barmaq ucları və ya ayaq barmaqlarında və ya ağız, burun, vagena və ya anusu əhatə edən mukoza pərdələrində tünd rəngli ləkələr.

     Dəri xərçəngi riskinizi artdıran faktorlar:

Açıq dəri rəngi. Dəri rəngi nə olursa olsun, hamı dəri xərçəngi ola bilər. Bununla birgə, dərinizdə piqment (melanin) miqdarının az olması zərərli ultrabənövşəyi radiasiyasının qarşısında daha az müdafiə təmin edir.

Günəş yanığı keçmişi. Uşaqlıq və ya cavanlıq dövrlərində bir və ya birdən çox dəfə dəridə suluqların da yer aldığı günəş yanığı keçirmiş olmağınız irəli yaşlarda xərçəngi inkişaf etdirmək riskini artdırır. Yeniyetmə ikən baş verən günəş yanıqları da bir risk faktorudur.

Həddindən artıq günəş məruz qalmaq. Xüsusilə dəri günəş kremi ya da losyon və ya bir paltar ilə qorunmursa, günəş altında bir xeyli vaxt keçirən hamıda dəri xərçəngi yarana bilər.

Günəşli və ya yüksək yer iqlimləri. Günəşli, isti iqlimli bölgələrdə yaşayan insanlar daha soyuq iqlimlərdə yaşayan insanlara görə daha çox günəş şüasına məruz qalırlar.

Dəri xalları. Çox sayda dəri xalı və ya displastik nevus deyə adlandırılan anormal dəri xalına malik olan insanlarda xərçəng riski artır.

Prekanseroz dəri ləkələri. Aktinik keratozlar olaraq məlum olan dəri ləkələrinə malik olmağınız dəri xərçənginin əmələ gəlmə riskini artdıra bilər.

Zəifləmiş immunitet sistemi. İmmunitet sistemi zəifləmiş insanlar dəri xərçəngi cəhətindən daha böyük riskin altındadır. Buna, HIV/SPİD-li şəxslər və orqan transplantasiyasından sonra immunitet sisteminə təzyiq edən dərmanlardan istifadə edən xəstələr daxildir.

Radiasiyaya məruz qalmaq. Eqzema və sızanaq kimi dəri xəstəlikləri üçün radiasiya müalicəsi qəbul edən insanlarda, bazal hüceyrəli karsinoma başda olmaqla dəri xərçəngi riski artmış olur.

Müəyyən maddələrə məruz qalmaq. Arsenik kimi bəzi maddələrə məruz qalmaq xərçəng riskini artdıra bilər.

Həkimlər xərçəng mərhələlərini göstərmək üçün I-dən IV-ə qədər Rum rəqəmlərindən istifadə edirlər. Mərhələ I xərçənglər kiçik ölçüdədir və başladıqları sahə ilə məhduddurlar. Mərhələ IV, bədənin digər nahiyələrinə yayılmış irəli mərhələ xərçəngi göstərir.

Dəri xərçəngi mərhələsi hansı müalicə variantının ən təsirli olacağının müəyyən edilməsində kömək olur.

 

 

 

 

Yazar : Gülüş Şıxəliyeva

 

Həmçinin bax: https://turaz.org/ilham-eliyev-azerbaycan-munaqiseye-son-qoyub-sulh-barede-dusunmeyin-vaxtidir/

 

Həmçinin bax: https://kafkazh.com/sindaktiliya/