Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı (GUAM) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünü qınayıb.

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı (GUAM) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünü qınayıb.
Bu barədə GUAM-in Twitter hesabında bildirilib.
“GUAM-ın baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqaməti boyu etdiyi hücumları pisləyir. Biz yenə də qeyd edirik ki, münaqişələr GUAM regionunun rifahı, stabilliyi və firavanlığına əngəldir”, məlumatda qeyd olunub.
Qaynaq : Milli.az
Xəbərçi: Kafkazh.com xüsusi müxbiri Aytac Cəfərova