Daş dövrü və onun təsnifatı
Daş dövrü insanın heyvandan ayrıldığı vaxtdan metalın kəşfinə qədərki dövrü əhatə edir. Bu zaman əsas əmək
alətləri və silahlar başlıca olaraq daşlardan hazırlanırdı. Meşə zolaqlı rayonlar istisna olmaqla, dünyanın hər
yerində daş dövrü eramızdan əvvəl IV minilliyə qədər davam etmişdir.”Daş dövrü” ifadəsi XIX əsrin sonlarında
“Üç dövr sistemi” olaraq bilinən insan keçmişinin öyrənilməsi üçün bir çərçivə ortaya qoyan Danimarkalı alim Kristian Tomsen tərəfindən irəli sürülmüşdür. Burada 3 dövr vardır:Daş dövrü,Tunc dövrü və Dəmir dövrü.
Daş dövrünün başlanğıcının ən erkən tarixi 2.5 mln il əvvəl Afrikada,ən erkən bitmə tarixi isə təqribən
e.ə. 3300-cü ildir və Yaxın Şərqdə Tunc dövrünün başlanğıcıdır.
Daş dövrü qədim(paleolit),orta(mezolit) və yeni(neolit) dövrlərinə bölünür. Paleolit terminini elmə ilk dəfə
olaraq 1865-ci ildə ingilis alimi Lebbok gətirmişdir.Paleolit dövrünün öyrənilməsində Q.Mortilye və A.Breyliyanın xidmətləri böyükdür.Paleolit dövrü ilk insanın yaranmasından 12 min il əvvələ qədərki dövrü əhatə edir.
Bəşər tarixinin paleolit və ya qədim daş dövrü bir sıra arxeoloji mərhələlərə bölünür: alt və ya ilk paleolit dövrü-təxminən 2-3 mln-100-80 min il bundan əvvəlki dövrü əhatə edir. Orta paleolit 100-89 min ildən 35-33 min il bundan əvvəlki,üst və ya son paleolit dövrü 35 min il bundan əvvəl başlayıb,12 min il bundan əvvəl qurtarmışdır.
Təqribən 12 min il bundan əvvəl Üst Paleolit dövrü Mezolit dövrü ilə əvəz olunmuşdur.Mezolit dövrünə aid ilk
abidə XIX əsrin sonunda Fransada tapılmışdır.1887-ci ildə fransız alimi E.Pyet Maz d’Azil mağarasında
paleolitdən sonraki ilk düşərgəni açmışdır. İkinci Fransadaki düşərgənin adı Tardenuaz adlanmışdır. İlk mezolit əkinçilik mədəniyyətləri Aralıq dənizi rayonunda və Cənub-şərqi Asiyada yaranmışdır. Mezolit dövründə planetimizdə əhəmiyyətli geniş miqyaslı dəyişikliklər baş verdi. İqlim istiləşdikcə və buz örtükləri əridikcə
şimal enliklərindəki bəzi ərazilər buzun ağırlığından azad olduğuna görə qalxdılar.
Daş dövrünün sonu hesab edilən Neolit dövrü e.ə.VII-VI minillikləri əhatə edir. Bu dövrdə insan geniş ərazilərə yayıldı,şəhərlər meydana gəldi.Bu dövrü səciyyələndirən əlamətlərdən biri də “Neolit inqilabı” olmuşdur. Bu
zaman insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsarrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu, əhali oturaq həyata keçməyə başladı,daşların deşilməsi və cilalanması üsulları mənimsənildi,saxsı qablar hazırlanmasına başlandı.
Eneolit və ya Mis-daş dövrü Daş dövründən Tunc dövrünə keçid mərhələsidir. Metal əsrinin başlanğıcı hesab edilən bu dövr e.ə.VI-IV minillikləri əhatə edir. İnsanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar,ancaq mis yumşaq olduğu üçün daşı sıradan çıxara bilmədi. Həmçinin bu dövr qəbilədə qadının mövqeyinin get-gedə zəiflədiyi dövrdür.
Qədim Daş dövrünə aid Namibiyada bir mağarada tapılan daşlar
Mezolit dövrünə aid daş havan və həvəng
Konya şəhərinin cənub-şərqində yerləşən,ehtimalən bu günə qədər tapılmış ən qədim Yeni Daş dövrünə aid yerləşim mərkəzi-Çatalhöyük
YAZAR: Nərmin Hüseynova
Həmçinin bax: Etnik konfliktlər və onların törənmə səbəbləri haqqında
Həmçinin bax: tehsilim.org/v-ix-sinifler-enenevi-tedrise-baslayir/