Daosizm fəlsəfəsi

HƏYATINIZI DƏYİŞDİRƏCƏK 3 DAOSİZM QANUNU

Qədim çin fəlsəfəsində hərəkətsizlik daosizmin əsas xüsusiyyətlərindən biridir. Onun digər adına U-vey(gərçəkliyə izləyici) və ya hərəkətsiz fəaliyyət deyilir. Fəlsəfəyə görə, insanın və təbiətin həyatı müəyyən yolla yəni-dao ilə getməkdədir. Qanunun insana əsas tələblərindən biri ‘işə qarışmamaqdır’ Hərəkətsizlik adlandırılan bu yol əslində özündən sonra hərəkətli bir həyata təkan verir. Fəlsəfənin əsasını güvən, qiymətləndirmə və yaşam təşkil edir. Həyatımızda baş verə biləcək bütün hadisələri olduğu kimi qəbullanmaq, onlardan nəticə çıxararaq həyatımızı o cür yaşamaq birinci prinsipimiz olmalıdır. Unutmamalıyıq ki, həyat bizdən daha qoca və daha müdrikdir. Həyat bəzən bizə istəklərimizi vermək əvəzinə, öz istədiyini verər. Bu hadisələr qarşısında gücsüz qalmaq əvəzinə onun bizə bəxş etdikləri üzərində daha əzmlə çalışmalı və məqsədimizə doğru irəliləməliyik. Çətinliklərdən qaçmaq əvəzinə bütün əngəllərlə üzləşməliyik. Həyat hər kəsə bir yazı yazar və biz bu yazını həyat istəmədiyi müddətcə dəyişdirməyin mümkünsüz olduğunu qəbul etməliyik. Həyat bumeranqdır. Kainata hansı hislərimizi göndərsək oda bizə eyni ilə o enerji ilə qayıdacağdır. Həyatınızda hər nə baş versədə ən güclü silahınız olan gülüşünüzü heç vaxt itirməməlisiz. Həyatla inadlaşmaq əvəzinə ayaqlaşın. Rudi Fransisko deyirdi ki, stəkanın dolu və ya yarımçıq olmasının önəmi yoxdur. Əsas odur ki içərisində su var. Onu için və həyat haqqında şikayət etməkdən əl çəkin.

Həyatınızdan zövq alın. Unutmayaq ki, bizim şikayətimiz başqasının duasıdır

 

Müəllif: Aydan Ələmdarzadə