Daha bir ölkədə ermənilər soydaşlarımıza hücum etdi
Moldovanın paytaxtı Kişinyovda azərbaycanlılar və ermənilər arasında dava olub.
Modern.az-a istinadən xəbər verir ki, Ermənistan səfirliyi qarşısında Azərbaycan Ordusuna dəstək aksiyası keçirən azərbaycanlılar səfirlik əməkdaşları və yerli ermənilərin hücumuna məruz qalıb. Ermənilər Azərbaycan bayrağını ələ keçirməyə cəhd də göstəriblər.
Kütləvi dava polisin işə qarışması ilə dayandırılıb.
Qaynaq:Modern.az
Müxbir : kafkazh.com xüsusi müxbiri Nuray Ələkbərova