Daha 440 nəfər Rusiyadan ölkəmizə gətirildi

Daha 440 nəfər Rusiyadan ölkəmizə gətirildi

Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

“Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb”, – E.Hüseynov bildirib.

Xatırladaq ki, sonuncu dəfə iyulun 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb.

 

Mənbə: axar.az

Xəbərçi: Nuray Ələkbərova