Dağlıq Qarabağda fəaliyyət göstərən xarici şirkətlər

Bir çox beynəlxalq şirkət Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərir. Dünyanın nüfuzlu kompaniyaları beynəlxalq hüquq normalarını pozaraq Ermənistan Respublikasıyla əməkdaşlıq çərçivəsində Azərbaycanın maddi və mənəvi sərvətlərinin talanmasında iştirak edir. Həmin kompaniyaların böyük əksəriyyəti mədənçilik, turizm, tikinti və s. sahələr üzrə fəaliyyətlərini davam etdirir.

İsrailin qeyri-hökümət təşkilatı “Kohelet Policy Forum” düşüncə mərkəzi ötən illərdə münaqişə bölgələri barəsində iqtisadi-siyasi məlumatları sistemləşdirərək bu ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər barəsində “Who Else Profits – The Scope of European and Multinational Business in the Occupied Territories” (Kim mənfəət əldə edir – İşğal olunmuş ərazilərdə beynəlxalq və Avropa şirkətləri) adlı hesabatlar yayımlayıb. Hesabatlardan birincisi 2017-ci ilin iyununda, ikincisi isə 2018-ci ilin noyabrında nəşr edilib.

Birinci hesabatda dünyanın dörd problemli regionu (Qərbi Saxara, Dağlıq Qarabağ, Şimali Kipr və Krım) üzrə analoji məlumatlar sistemləşdirərək, vəziyyəti qlobal kontekstdə göstərilməyə cəhd edilib.

İkinci hesabatda isə bu regionlardan üçü Qərbi Saxara, Dağlıq Qarabağ, Şimali Kipr göstərilib.

Hər iki hesabatdan sonra Azərbaycan Respublikası dünya ictimaiyyətinə, beynəlxalq qurumlara həmçinin BMT-ə Dağlıq Qarabağ ərazisində təbii sərvətləri talanı, qanunsuz ticarəti xarici şirkətlərin əraziyə investisiya yatırması ilə bağlı etirazlar etsə də müraciətlər nəticəsiz qalıb.

ARB24 telekalının hazırladığı xəbərdə qeyd olunur ki, Qarabağın Qızılbulaq ərazisindən mis-qızıl, Zəngilanın Veynallı kəndində qızıl, Dəmirli kəndində mis yataqları tükənmə səviyyəsinə çatıb. Burada işləyən şirkətlər:

Vallex Group – mədənçilik şirkəti

Gold Star – mədənçilik şirkəti

GeoProMining – mədənçilik şirkəti

Stepanakert Brandy Factory – Qarabağ şərabını erməni malı adı ilə satır

Artsakh Fruit – Qarabağ şərabını erməni malı adı ilə satır

Bundan əlavə sosial mediada fəaliyyət göstərən “Tipik iqtisadçı ekspert” səhifəsi isə Qarabağda fəaliyyət göstərən Türkiyə, İran və türkdilli dövlətlərin şirkətlərin adlarını paylaşıb;

Beko (beko.am saytı da var) (Türkiyə)

Arpaş (Türkiyə)

Kazakistan GSM (Qazaxıstan)

Bitel LTD (Qırğızıstan)

Mona Group (İran)

Sharifli (İran)

Arta Filiz (İran)

Yuxarıda adı çəkilən hesabatları aşağıdakı linklər vasitəsi ilə yükləyə bilərsiniz:

2017

2018

Müxbirlər: Fərrux Rəhimov, Günel Əsədova