D.John Boulbi

D.John Boulbi 1907 ci il 26 sentyabrda Londonda doğulmuşdur. İlk təhsilini Triniti Kollecində həyata keçirmişdir. (Kembric)
Bağlılıq nəzəriyyəsi ilə bağlı ilk tədqiqatları 1960 ildə Tavistock klinikasında tanıdığı və sevdiyi insanlardan ayrılmaq məcburiyyətində qalan azyaşlı uşaqların şəxsi inkişafı üzərində bu vəziyyətin təsirlərini araşdırmasıyla başlamışdır. Boulbi valideyin sevgisini uşağını ərköyün edəcəyi fikiri ilə yaşayan anası tərəfindən gündə yanlız 1 saat görərək böyümüşdür. Yeddi yaşında başlayan internat məktəbini isə Anxiety and Anger( Ayrılıq və hirs)adlı əsərində həyatının ən gərgin dönəmi olaraq bildirmişdir. Uşaqlar evindən ayrıldıqdan sonra kollecdə psixologiya təhsili almış tədqiqatlarını əsasən uşaqların ailə və valideyinləri ilə münasibəti onların bu halların gələcəkdə onlara hansı şəkildə təsir edəcəyi ilə bağlı araşdırmalar etmişdir. Bağlanma və itki əsəri bu gündə gündəmin əsas əsərlərindən biri sayılır, Boulbinin imzası altında. 1950 ci ildən sonra dünya 39 sağlamlıq təşkilatında konsultantlıq edən Boulbi 1990 ci ildə Şotlandiyada vəfat etmişdir.(1990 sentyabrın 2)
Heyvanlar üzərində apardığı araşdırmalar nəticəsində heyvan balalarının anadan aslı olmadan inkişafını və həyatda qalma şansını müəyyən edərək insanlarda bağlılığı başqa şəkildə tərif etmişdir.
İnsan həyatında baglılığın 3 əsas funksiyası var:
1.Dunya kəşf edərkən belə qayıda biləcəyi güvənli liman olması.
2.Fizioloji ehtiyacların ödənməsi.
3.Həyata aid güvən duyğusu.
Boulbi uşağın ana ilə bağlılığını ardıcıl olaraq aşağıdakı mərhələlərdə inkişafını göstərir.
1. Bağlılıq 1 ci mərhələ doğumdan 3 aya qədər ki, ətrafındakı insanları tanıya və ayırd edə bilmir hamıya eyni reaksiya verir. Boulbi gülmə və ağlamağın ilk mərhələ üçün əhəmiyyətli olduğunu söyləmişdir.
2.Bağlılığın 2 – ci mərhələsi 3 aydan 6 aya qədər olan müddətdir. Bu dövrdə körpə baxıcısını tanıyır. Digər insanları ayırma və onlardan qorxma 2 ci mərhələnin əsas göstəriciləridir.
3. Bu mərhələ 6 ay 3 yaş dövrlərini əhatə edir.Bu dövrdə ayrılma narahatlığı başlayır. Uşaq ətrafı kəşf etdiyi üçün anadan ayrıla bilər lakin bu dövrdə ən sadə qıcıq uşağın yenidən öz güvən sığınacağına qayıtmasına zəmin yarada bilər.
4.Bağlılığın 4 cü mərhələsi uşaq artıq baxıcısının plan və niyyətlərini anlayır. Və onun nə səbəbə tək buraxma məqsədini anlayır. Əgər Ayrılıq qısa müddətlikdirsə, qısa zaman sonra uşaq yenidən öz sığınacağına qayıda bilər.

Şühbəsiz, tək qalma insan yaşamının böyük qorxularından biridir.

Yazar: Arzu Mirzəliyeva

həmçinin bax Əsrimizin bəlası-Stress

https://turaz.org/dunyanin-en-yasli-adami/