Dənizçilər bir neçə dildə Ermənistanın təcavüzkar siyasətini pisləyiblər 

Dənizçilər bir neçə dildə Ermənistanın təcavüzkar  siyasətini pisləyiblər

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən dənizçilik şirkətlərindən birinin gəmi heyəti Azərbaycanın haqq səsini daha geniş auditoriyaya çatdırmaq üçün videomüraciət edib.

Bu barədə “Kafkazh.com”  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə istinadən məlumat verir ki,  bir neçə  dildə (Azərbaycan, Rus, İngilis, Ərəb, Taqaloq) hazırlanan videomüraciətdə son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər barədə məlumat verilib, Ermənistanın təcavüzkar siyasəti pislənib.

Videomüraciəti azərbaycanlı gəmi kapitanı Siyavuş Nağıyev təqdim edib. O bildirib ki, əsas məqsədləri uzaqda olsalar da, bir Azərbaycan dənizçisi kimi ölkəmizə, Vətən oğullarına dəstək göstərmək, informasiya müharibəsi ilə prosesə töhfə verməkdir. Siyavuş Nağıyev bu cür təşəbbüslərin davamlı olacağını da qeyd edib.

Mənbə: “Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi” QSC
Xəbərçi: Kafkazh.com saytının xüsusi müxbiri Jalə Hüseynova