Cümlənin təsnifi

Azərbaycan dilində cümlə bir neçə cəhətdən,bir neçə prinsip əsasında təsnif edilir.Bunların bir qismi ümumi xarakter daşıyır,hər cür quruluş xüsusiyyətlərinə malik olan cümlələri əhatə edir(məsələn,cümlənin məqsəd və intonasiyaya,quruluşuna,modallığa görə təsnifi),bir qismi isə tərkibə,yəni baş üzvlərə görə,ikinci dərəcəli üzvlərin iştirak edib-etməməsinə görə və s.yalnız sadə cümlələrə aiddir.

Məntiq-sintaktik üzvlənmə imkanlarına görə cümlənin təsnifi:-Bu prinsipə əsasən işlətdiyimiz bütün cümlələr iki qrupa ayrılır:1)Üzvlənən cümlələr 2)Üzvlənməyən cümlələr.

Fikrin əsas ifadə vasitələri üzvlənən cümlələrdir.Üzvlənməyən cümlələr də yalnız üzvlənən cümlələrin köməyi ilə məna ifadə edir.Məsələn,ayrılıqda götürülən “Bəli”cümləsi heç bir konkret məna ifadə etmir.Yalnız mətn şəraiti bu cür cümlələrə konkret məzmun verə bilir;-Evə gedəcəksinizmi?-Bəli.

Sadə və mürəkkəb cümlələrin bundan sonrakı bütün növləri,bütün təsnif prinsipləri üzvlənən cümlələrə aiddir.Üzvlənməyən cümlələrin isə yalnız iki növü vardır:söz-cümlələr,vokativ cümlələr.

Cümlənin məqsəd və intonasiyaya görə təsnifi-Hər bir cümlə müəyyən məqsədlə işlədilir.İnsanın normal danışıq məqsədi üç istiqamətdə olur:məlumat vermə,soruşub-öyrənmə,təkid-tələb.Bu üç cəhət şifahi nitqdə intonasiyanın köməyi ilə müəyyənləşir:məqsəd intonasiyanı doğurur,intonasiya isə məqsədin göstəricisinə çevrilir.Ona görə də cümlənin “funksional təsnifi”hesab olunan bu təsnifdə hə məqsəd,həm də intonasiya nəzərə alınır:Məsələn;Müəllim gəlir.Müəllim gəlir?Müəllim gəlsin.-Bu üç cümlə növünün hər biri bir sistem təşkil edərək dildə nəqli,sual və əmr cümlələrini əmələ gətirir.Bunlar aşağı,adi tonla da tələffüz edilə bilir,yüksək tonla da.Yüksək tonla tələffüz edildikdə hiss-həyəcanla dolğunlaşdırılır və nida cümlələrinin yaranmasına səbəb olur.Müəllim gəlir!Müəllim gəlir?!Müəllim gəlsin!

Cümlənin quruluşuna görə təsnifi-Bu təsnif dominant xarakter daşıyır.Söz birləşmələri çıxılmaqla,sintaksis elmi başdan-başa cümlənin quruluş xüsusiyyətlərinin öyrənilməsi ilə məşğuldur.Cümlə quruluşca sadə və mürəkkəb olur.Sadə cümlə-sözlərdən,söz birləşmələrindən mürəkkəb cümlə-isə sadə cümlələrdən əmələ gəlir.Sadə cümlənin bir,mürəkkəb cümlənin isə iki və daha çox predikativ mərkəzi olur.Mürəkkəb cümlənin komponentləri məna müstəqilliyinə,intonasiya bitkinliyinə malik olmadığı üçün cümlə hesab olunur və ya şərti olaraq “cümlə”adlandırılır.Sadə cümlə ünsiyyətin,fikir mübadiləsinin ən kütləvi vasitəsi olub,başqa cümlə növləri ilə müqayisədə dildə daha çox işlənir.Xüsusi quruluş sxemi olan,predikativlik,intonasiya və modallıq əlamətləri ilə formalaşan bu cür cümlələr lazimi məna yükü daşıyır,asanlıqla tema və remaya ayrılır.Sadə cümlə tərkib etibarilə iki baş üzvün-mübtəda və xəbərin birliyi əsasında qurulur.Lakin bəzən baş üzvlərdən biri olmur və sadə cümlə baş üzvlərdən birinin əsasında formalaşır.Odur ki cümlənin qrammatik əsasını təşkil edən baş üzvlərə-tərkibə görə sadə cümlə iki növə ayrılır:Cüttərkibli cümlələr,Təktərkibli cümlələr.

Cüttərkiblilik və təktərkiblilik sadə cümlənin əsas bölgüsüdür:sadə cümlə ya cüttərkibli,ya da təktərkibli olur.Həm cüttərkibli cümlələr,həm də təktərkibli cümlələr ikinci dərəcəli üzvlərin iştirak edib-etməməsinə görə müxtəsər geniş ola bilir.Yalnız baş üzvlərdən ibarət olan sadə cümlələr müxtəsər,tərkibində ikinci dərəcəli üzvlər iştirak edən sadə cümlələr geniş olur.Struktur-semantik tamlığına,yəni bu və ya digər üzvünün buraxılmamasına görə də sadə cümlələr iki növə ayrılır:bütöv cümlələr,yarımçıq cümlələr.Mürəkkəb cümlələr də quruluş xüsusiyyətlərinə görə fərqlənir və iki növə ayrılır:sadə quruluşlu mürəkkəb cümlələr,qarışıq tipli mürəkkəb cümlələr.

Cümlənin modallığa görə təsnifi-İfadə etdiyi modal münasibətə görə camlələr təstiq və inkar cümlələrə ayrılır.Bu bölgü obyektiv və subyektiv modallıqla bağlıdır.Təsdiq cümlələrdə fikir predmeti haqqında söylənilən əlamət təsdiq edilir,inkar cümlələrdə isə fikir predmeti haqqında deyilənlər inkar edilir.Cümlənin təsdiq və inkar cümlələrə ayrılması obyektiv aləmdə mövcud olan əşya və hadisələrlə  onların əlamətləri arasındakı real əlaqə və münasibətlərə əsaslanır.Məsələn:Alnının qatları qırış-qırışdır.Əyilmiş belinin donqarı vardır-cümlələri təsdiq,Qol çəkə bilmərəm bu fikrinə mən.Mən şikayət eyləmərəm yaramdan-cümlələri inkar məna ifadə edir.İnkar məna cümlədə özünü iki cür göstərir:bəzən cümlənin ümumi məzmununa aid olur,bəzən də ayrı-ayrı üzvlərə.Cümlə bütövlükdə inkar məna daşıdıqda xəbər-ma-mə şəkilçisi,bağlayıcısı,və ya deyil sözünüm iştirakı ilə formalaşır.Dağların gözünün yaşına baxma.Nə ətdir,balıq.Dedim susma. Deyiləm ki mən özgəsi.

QAYNAQ: Q.S. Kazımov Sintaksis və Buludxan Xəlilov- Sintaksisə giriş
YAZAR: Gültanə Tapdıqova
HƏMÇİNİN BAX: Natrium
HƏMÇİNİN BAX: Merkelin enerji siyasəti