COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans

Avqustun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin (ADPU TCF) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Diaspora nümayəndələri ilə birgə “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçiriləcək.

Konfransda ADPU-nun Tədris işləri üzrə prorektoru dos.Eldar Aslanov, Corc Vaşinqton Universiteti, Proqram direktoru Sevinc Məmmədova, Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov, Deloitte Amerika – İnformasiya Texnologiyaları üzrә baş mütәxәssis Aytәn Әliyeva qlobal pandemiya dövründə onlayn tədrisin təşkilinin üsul və vasitələri, informasiya təhlükəsizliyi məsələləri ilə bağlı beynəlxalq və yerli təcrübədən, bu həllərin gələcək perspektivlərindən danışacaqlar.

P R O Q R A M

Microsoft Teams platforması – 8 avqust 2020, saat 18:00, Vaşinqton vaxtı ilə 10:00)

Moderator: ADPU TCF dekan müavini, dos. Mətanət Əsgərova
1. Giriş sözü: ADPU-nun tədris işləri üzrə prorektoru dos.Eldar Aslanov

2. “ Pandemiya dövründə Corc Vaşinqton Universitetində onlayn tədrisin təşkilı”: Corc Vaşinqton Universiteti, Proqram direktoru Sevinc Məmmədova

3. “Şimali Dakota Dövlət Universitetində Covid-19-la bağlı tətbiq olunan tədbirlər sistemi”: Şimali Dakota Dövlət Universitetinin Maliyyə professoru Fariz Hüseynov

4. “ Onlayn təhsildə proqram təminatları və onların təhlükəsizliyi məsələləri”: Deloitte Amerika – İnformasiya Texnologiyaları üzrә baş mütәxәssis Aytәn Әliyeva

Müzakirələr və suallar

Konfransda iştirak etmək istəyən professor-müəllim heyəti və tələbələr karporativ e-mail ünvanlarını ADPU TCF-nin rəsmi mailinə yazıb göndərməlidirlər:

Mail: tarix-cografiya@mail.ru
Müraciətin son tarixi: 07 avqust, 2020, saat 22:00

Xəbərçi: Ələkbərova Nuray
Mənbə: adpu.edu.az