Cisimlərin kütləsi və impulsu

Nyutonun I qanununa görə cisim öz halını kənar təsir nəticəsində dəyişir, yəni təcil alır. Təcrübələr göstərir ki, eyni bir kənar təsir müxtəlif cisimlərə bərabər olmayan təcillər verir. Belə məlum olur ki, istənilən cismin öz halını saxlaması xassəsi mövcuddur. Bu xassə ətalətlilikdir. Cisimlərin ətalətlilik ölcüsü kütlə adlandırılır. Kütlə m hərfi ilə işarə olunur və onun ölçü vahidi kiloqram, zaman vahidi saniyə və uzunluq vahidi metrlə birgə Beynəlxalq Vahidlər Sisteminin (BS) əsas vahidlərindən bir qismini təşkil edirlər. Kütlə vahidi olaraq müəyyən ölçülü platiniridiumdan hazırlanmış slindr götürülür, digər cisimlərin kütləsi isə etalonla müqayisədən təyin olunur. Müasir təsəvvürlərə görə kütlə cismin yarandığı zaman sərf olunan işi xarakterizə edən enerji xarakteristikasıdır və Eynşteynin E = mc2 düsturu vasitəsilə təyin olunur, с – işığın vakuumdakı sürətidir ( c = 3 108 m/s ). Əgər hər hansı m kütləli cisim etalonla qarılıqlı təsirə gətirilərsə və digər cisimlərin təsiri nəzərə alınmazsa, qarşılıqlı təsir zamanı hər iki cismin sürəti dəyişməyə məruz qalır. Təcrübələr göstərir ki, cisimlərin aldıqları təcillər onların ətalətliliyi ilə tərs mütənasibdir.

Burada aet, acisim Qarşılıqlı təsir müddəti hər iki cisim üçün eyni olduğundan, təcilin ifadəsindən istifadə edək:

f1

Burada delta vet və delta vuyğun olaraq etalonun və cismin qarşılıqlı təsir zamanı sürətinin dəyişməsini təyin edir. Klassik mexanikada cismin kütləsi sabit kəmiyyət olaraq onu təşkil edən maddə miqdarı ilə təyin olunur. Ona görə də (f1) ifadəsini

kimi yazmaq olar. Cisimin kütləsinin sürətinə hasili onun impulsu adlanır.

İmpuls vektordur, onun istiqaməti sürətin istiqaməti ilə üstüstə düşür. Cisimin kütləsi sıfır ola bilməz, lakin sükunətdə olan cisimin impulsu sıfır olur. İmpulsun BS –də ölçü vahidi:

 

Yazar: Mirpaşa Mahmud

Həmçinin baxDİNAMİKA. Eynşteynin nisbilik nəzəriyyəsi. Lorens çevrilmələri

https://tehsilim.org/euras-sosial-elmler-jurnali-ejoss-euras-in-yeni-jurnali/