Cinsiyyətlə ilişikli genlərin irsiliyi
Məlum olduğu kimi quşlarda, kəpənəklərdə və bəzi heyvanlarda dişi cinsiyyətlər heteroqamet (XY), erkəkləri isə homoqamet (XX) olur.Buna görə belə orqanizmlərdə cinsiyyət xromosomları ilə ilişikli genlərin irsiliyi erkəkləri heteroqamet olanlardan fərqlənir. Plimutrok cinsindən olan zolaqlələkli toyuqlarla Avstralorp cinsindən olan qaralələkli xoruzların çarpazlaşdırılmasında ilişikli əlamətlərin irsiliyi öyrənilmişdir. Qeyd etməliyik ki, lələklərin zolaqlılığı, rəng verən piqmentin lələkdə arabir yayılması nəticəsində baş verir və bu əlaməti təmin edən gen (B) dominantdır.
F1 nəslinin xoruzları atadan dominant B genli bir X xromosomu və anadan resessif genli X xromosomu alır. Buna görə də zolaqlələkli olur. Toyuqlar da ona görə zolaqlələkli olur ki, B onların ancaq X xromosomunda olur və onu da atadan (dominant B geni olan) alır. F1-də alınanxoruz və toyuqları çarpazlaşdırdıqda xoruzlar B və b genli iki cür spermatozoid, toyuqlar da B və olan iki tip qamet hazırlayır.
Bu 4 cür qametlər arasında 4 ehtimal kombinasiyada 3 pay zolaqlı və bir pay qara fərdlər meydana gəlir: xoruzların hamısı zolaqlı, toyuqların isə bir payızolaqlələkli və bir payı qara əmələ gəlir. Şəklin sol tərəfindəki çarpazlaşdırmada rəngə görə xoruzvəfərələri ancaq F2-də ayırmaq olar. Qara xoruzla zolaqlələkli toyuq çarpazlaşdırılıqda F1-də əmələgələn nəslin xoruzları zolaqlələkli vətoyuqları isə qara olacaqdır. Bu cür çarpazlaşdırmada birinci nəsildə cücələrin xoruz və fərələrini ayırmaq olur.
F2-də isə nəslin yarısından zolaqşəkilli xoruz və toyuq, yarısı qara xoruz və toyuq əmələ gələcəkdir. F2-də aydın olur ki, resessiv qara (b) əlamət anadan – toyuqdan oğul (xoruz) vasitəsilə qız toyuq nəvəsinə keçir. Deməli, erkəkləri olan orqanizmlərdə əlamətin daşıyıcı qız nəsli olduğu halda, dişiləri heteroqamet olan orqanizmlərdə əlamətin daşıyıcısı oğlan nəsli olur.
Ev heyvanlarında da məs., pişik, it və donuzlarda cinsiyyətlə ilişikli surətdə irsən keçən əlamətlər öyrənilmişdir. Cinsiyyətlə ilişikli. letal xarakter daşıdıqda alınan nəsillərdə erkək və ya heteroqametliyindən asılı olaraq nəslin müəyyənhissəsi tələf olur.Erkəkləri heteroqamet olan orqanizmlərin analizedici çarpazlaşmada Fb parçalanmanəticəsində alınacaq erkək və dişilər 2♀:1♂ nisbətindəolacaqdır, çünki X- resessiv letal gen ( ɭ ) daşıyan erkəklər məhv olacaqdır.
İpək qurdlarında vəkəpənəklərdə, yəni dişiləri heteroqamet olan orqanizmlərdə cinsiyyətin nisbətləri letal genlərin təsirialtında 2♀:1♂ nisbətində olacaqdır. İnsanlarda da cinsiyyət xromosomları ilə ilişikli keçən letal genlər vardır. Bunlara misal olaraq, hemofiliya xəstəliyini göstərə bilərik. Biz bu haqda insanın genetikası fəslində ətraflı məlumat verəcəyik.
YAZAR: Ləman Rüstəmli
Həmçinin bax: https://kafkazh.com/cinsiyyetin-diferensiasiyasi/
Həmçinin bax: https://turaz.org/tehsil-muessiselerinde-xocali-soyqirimina-hesr-olunmus-tedbirler-kecirilib/