Cinsiyyətin genetikası

İnsanın bioloji cinsi kişinin və qadının anatomik, fizioloji, biokimyəvi və genetik xüsusiyyətlərin cəmidir.

  • Bioloji cinsin aşağıdakı komponentləri ayırd edilir:
  • Genetik cins və ya xromosom cinsi – cinsiyyət xromosomlarının dəstindən asılıdır. Kişilərdə XY, qadınlarda XX kariotipi olur.
  • Hormonal cins – anda müəyyən növ cinsiyyət hormonlarının üstünlük təşkil etməsi.Bunlara kişilərin androgenləri və qadınların estrgenləəri aiddir
  • Qonad cinsi – cinüsiyyət vəzilərini, toxumluqları və yumurtalıqları əhatə edir.
  • Daxili genital cins – daxili cinsiyyət orqanlarının əlamətlərini birləşdirir.
  • Xarici genital cins – xarici cinsiyyət orqanlarının əlamətlərini birləşdirir.
  • Subsidial cins – skeletin quruluşu, əs tembri, əzələ toxumasının inkişaf dərəcəsi, dərialtı piy qatının paylanması, inkişaf etmiş süd vəzilərinin olub-olmaması kimi əlamətləri birləşdirir. • İkinci cinsi əlamətlərin inkişafı cinsiyyət hormonlarının miqdarı, hüceyrə reseptorlarının həssaslığı və mühit şəraitinin xüsusiyyətləri ilə müəyyən olunur. • Sensual cins – tük örtüyünün, dərinin və iy (qoxu) vəzilərinin sekretəri – feromonların tipinə görə fərqli cəhətləri birləşdirir

 Cinsiyyətin genetikası necə müəyyən olunur? -Dişi fərdlər ovogenez prosesində cinsiyyət hüceyrələri hazırladıqda xromosomlarda baş verən reduksiya sayəsində hər bir qamet iki XX xromosomundan ancaq birini daşıyır. Ona görə də dişiləri homoqamet adlandıra bilərik. Erkək fərdlər (XY) spermotogenez prosesində iki tip spermotozoid hazırlayır X Y. Buna görə də fərdlər heteroqamet adlandırıla bilər.

Bu birləşmə əgər; X xromosomu həm anadan, həm də atadan alınarsa, doğulacaq körpə bir qız (X+X=XX), anadan X, atadan Y xromosomu olarsa, körpə oğlan(X+Y=XY) olacaq.Canlılarda cinsin təyin edilməsi həmişə XX və XY xromosomlarının birləşməsindən irəli gəlmir. Bəzən XX və XY sistemindən başqa digər cinsi xromosomlar da cinsin yaranmasında rol oynayır.

Elə canlılar da vardır ki, onlarda dişi və erkəklərin cinsiyyət xromosomları insanın cinsiyyət xromosom tipinin əksinədir. Məsələn, quşlarda, amfibilərdə, kəpənəklərdə, bəzi balıqlarda və s. heyvanlarda dişilər heteroqamet (XY), erkəklər isə homoqamet (XX) olurlar. Bəzən cinsiyyəti bu tipdə olan orqanizmlərin cinsiyyət xromosomlarını başqa hərflərlə də işarə edirlər. Məsələn, erkəkləri XX əvəzinə ZZ, dişiləri XY əvəzinə ZW kimi yazırlar.

Bəzən elə orqanizmlərə də rast gəlmək olur ki, onlarda dişilər iki X xromosomuna (XX) malik olduqları halda erkəklər ancaq bir X xromosomu daşıyır (XO). Başqa sözlə desək, onlarda Y xromosomu olmur.

Beləlilə, cinsiyyət xromosomları ilə cinsiyyətin tənzim olunmasının dörd əsas tipi mövcuddur:

1) XY tipli. Bu halda diçi fərdlər iki XX xromosomlara malik olurlar, yəni homoqametdirlər və eyni tipli qametlər əmələ gətirir – X, lakin erkək fərdlər isə heteroqametdirlər və iki tip qamet əmələ gətirir – X və Y.

2) XO – tipli – dişi fərdlər iki XX xromosomuna, erkək fərdlər isə yalnız bir X – xromosomuna malik olurlar.

3) ZW – tipli – dişi fərdlər heteroqamet – bir cinsi xromosoma W malik olur, lakin erkək fərd isə homoqamet və iki ZZ xromosoma malik olur.

4) ZO – tipli dişi fərdlər – heteroqamet və bir Z – xromosomuna malik, erkək fərdlər isə homoqamet və iki ZZ – xromosomuna malik olur.

Birinci tip – XY bir çox həşaratlarda, məməlilərdə və ikievli örtülütoxumlu bitkilərin əksəriyyətində təsadüf olunur.

İkinci tip – XO – bəzi həşaratlara – taxtabitiyə (Protenor), bitkilərdən isə Dioscorea sinnuata növünə xasdır.

Üçüncü tip – ZW bəzi balıqlarda, məlum olan kəpənək və quşlarda, bitkilərdən isə yalnız Fragaria elatior çiyələk növünə xasdır.

Dördüncü tip – ZO isə Saxalin adalarında yaşayan diri bala doğan Lacetra virpara kərtənkələsində məlumdur

Bundan əlavə, bəzi canlılarda cinsin yaranmasında ətraf mühit amilləri təsirli rol oynaya bilər.

Cinsin formalaşmasında ekoloji amil:Timsah və tısbağa yumurtalarının istiliyi nəslin cinsini müəyyənləşdirir.

Tısbağalarda 33 ° C – 34 ° C arasındakı temperatur, nəslin qadın olmasına səbəb olur, kişi nəslində isə bu temperatur ~ 28 ° C – 31 ° C-dir.

Timsahlarla vəziyyət tısbağaların əksidir. Timsahlarda temperatur və cinsin yaranması arasındakı əlaqə belədir: qadın nəsilləri üçün ~ 28 ° C – 31 ° C, kişi nəsilləri üçün 31 ° C – 34 ° C.

Adətən müxtəlif cinsləri bir-birindən fərqləndirən əlamətləri birinci və ikinci dərəcəli əlamətlərə bölürlər.

Birinci dərəcəli əlamətlərə cinsiyyət hüceyrələrin əmələ gəlməsini və onların mayalanma prosesində birləşməsini təmin edən bəzi morfoloji və fizioloji əlamət və xüsusiyyətlər aiddir. Bunlara ali heyvanlarda qonadaları, cinsiyyət yollarını, xarici genitaliləri,insanda xarici və daxili cinsiyyət orqanları(bu orqanların əsası embriogenezdə qoyulur), ali bitkilərdə isə androsey və geniseyi göstərmək olar.

İkinci cinsi əlamətlərə genlərin tam nəzarətində olan və əksər hallarda cinsi dimorfizmin fenotipdə tam təzahürünə imkan verən xüsusiyyətlər aiddir. İkinci dərəcəli əlamətlər bilavasitə qametogenez prosesini, cinsi hüceyrələrin birləşməsini və mayalanmasını təmin etmir, lakin cinsi çoxalmada köməkçi rol oynayırlar. Məsələn, balıqlarda üzgəclərin xüsusi quruluşu, quşlarda erkək və dişilərin rənginə görə fərqlənməsi, məməlilərdə süd vəzilərinin olması, ali bitkilərdə buğumarası məsafələr, çiçəklənmə vaxtı və insanda cinsi yetkinlik dövründə qızların və oğlanların orqanizmində yaranan morfofizioloji fərqləri misal göstərmək olar

İkinci dərəcəli əlamətlərdən bəzən cinsiyyətlə məhdudlaşmış əlamtləri də göstərmək olar. Belə əlamətlər haqqında irsi informasiyanı bütün fərdlər daşıyır, lakin onların təzahürü yalnız bir cinsdə öz əksini tapır. Məsələn, iri buynuzlu heyvanlarda südlülük xüsusiyyətni müəyyən edən genləri həm dişi, həm də erkək fərdlər daşıyır, lakin onlar yalnız dişi fərdlərdə özünü biruzə verir və yaxud yumurta vermək genlərini xoruzlar da daşıyır, lakin bu xüsusiyyət yalnız toyuqlarda özünü biruzə verir.

Qadınlarda çanağın ölçülərini müəyyən edən genlər autosomlarda yerləşir, həm atadan, həm də anadan irsən keçir, lakin normada əlamətin inkişafı yalnız qızlarda və qadınlarda baş verir.

Qızların cinsi yetkinliyə çatma yaşı və süd vəzilərinin inkişafı, onlarda piy toxumasının inkişafı və paylanması kimi əlamətlər də cinsiyyətlə məhdudlaşdırılır

  • Kişilərdə cinsiyyətlə məhdudlaşdırılan əlamətlərə bədəndə tük ötüyünün miqdarı və paylanması misal ola bilər.
  • Əgər şəhadət (2-ci) barmaq adsız (4-cü) barmaqdan uzundursa, bu, kişilərdə dominant, qadınlarda resessiv əlamət kimi irsən keçir. Autosomlardakı bəzi genlərin idarə etdiyi dominant və ya resessiv əlamətlər orqanizmin hansı cinsə aid olmasından asılıdır. Bəzi əlamətlər kişilərdə dominant, qadınlarda resessiv və ya tam əksi ola bilər.

Bəzi hallarda əlamətlər cinsiyyətdən asılı olur. Insanda cinsiyyətdən asılı əlamətlərin inkişafı zamanı eyni bir gen kişilərdə dominant, qadınlarda isə resessiv alternativ formaların yaranmasına səbəb olur. Məsələn, kişilərdə vaxtından əvvəl saçın tökülməsi dominant əlamətdir. Bu gen kişilərdə və qadınlarda çox fərqli fenotipik effektə malikdir.

  • Əlamət üzrə homoziqot dominant AA və heteroziqot Aa kişilərdə bu, 100% fenotipik effektlə üzə çıxır. AA genotipli qadınlarda saçın tökülməsi nisbətən az baş verir. Aa genotipli qadınların isə normal saçı olur

Podaqra və ya duz mübadiləsinin pozulması ilə əlaqədar oynaqların iltihabı xəstəliyinin penetrantlığı kişilərdə 80%, qadınlarda isə cəmi 12% təşkil edir.

Cinsiyyətlə idarə olunan bütün əlamətlərdə müşahidə olunan ekspressivlik cinsiyyət hormonlarının təsirindən asılıdır. • Məsələn, gələcək müğənnilərin səs tipləri (bas, bariton, tenor, soprano və s.) cinsi xüsusiyyətlərlə idarə olunur. Cinsi yetkinlik dövründən başlayaraq bu əlamət birbaşa cinsiyyət hormonlarının təsiri altında olur.

İnsanda cinsiyyətdən asılı olan əlamətlər qanda kişi və qadın cinsiyyət hormonlarının nisbətindən asılıdır.  Ikinci cinsi əlamətləri müəyyən edən genlər hər iki cinsdə olsa da, onların fenotipdə üzə çıxması yenə də cinsiyyət hormonlarının nəzarəti altında baş verir. Kişilərdə saqqalın normal inkişafı dominant genlə idarə olunur, qadınlarda isə bu gen normal halda resessiv təsirə malikdir. Qadın cinsiyyət hormonları saqqalın inkişafını təmin edən dominant genin fenotipdə üzə çıxmasının qarşısını alır.

Yazar: Mədinə Quliyeva

Həmçinin bax Seleksiyanın vəzifələri. Süni seçmə

https://tehsilim.org/su-ehtiyatlarindan-semereli-istifade/