Cinsiyyətin formalaşmasını izah edən fizioloji nəzəriyyə

Holdşmidt cinsiyyətin meydana çıxmasını fizioloji baxımdan izah edir. Onun fikrincə cinsiyyət biseksualdır, yəni onda həm dişi, həm də erkəkliyin inkişafını təmin edənirsi imkanlar – genlər vardır. Erkək və dişiliyin meydana çıxması bu genlərin nisbəti və təsir xarakterindən asılıdır. Holdşmidtin bu nəticəyə gəlməsinə səbəb bəzi həşəratlarda erkək və dişilər arasında bir sıra intersekslərin müşahidə edilməsidir.

Limantria dispar adlanan palıd ipək kəpənəyinin müxtəlif coğrafi irqləri vardır. Bunları resiprok çarpazlaşdırdıqda müxtəlif dərəcədə dişilərlə erkəklər arasında aralıq formalar – intersekslər müşahidə edilmişdir. Bu çarpazlaşdırmada cinsiyyət və nisbətində dəyişikliklər baş vermədən – intersekslər bütün xromosomlara görə diploid olur. Holdşmidt çarpazlaşma üçün palıd ipək qurdunun iki coğrafi irqini – müxtəlif cinsiyyət imkanınamalikolan avropa və yapon irqini götürmüşdür. Avropa irqi “zəif”, yapon isə “qüvvəli” irqə daxil edilmişdir. Avropa irqinin dişi fərdləri yapon irqinin erkəkləri ilə çarpazlaşdırıldıqda, birinci nəsildə (F1) alınmış dişi fərdlər interseks inkişaf edir, erkəklər isə normal olur. Çarpazlaşdırılan ipək qurdlarının dişiləri heteroqamet (XY), erkəklər isə homoqamet (XX) olur. Bu çarpazlaşdırmada dişi və ya erkəkliyin üstünlüyü müxtəlif irqlərdə cinsiyyət faktorunun “qüvvəli” və ya “zəifliyi” rol oynayır. Palıd ipək qurdunda X-xromosomda, drozofildən fərqli olaraq erkək cinsiyyəti müəyyən edən genlər, dişi cinsiyyəti müəyyən edən genlər isə əsasən Y-xromosomda yerləşir. Avropa irqində dişiliyə meyillilik Y-xromosomu, erkəkliyə meyillilik X-xromosomundan “qüvvəli” olduğundan, irq daxililndə çoxalma zamanı həmişə XY fərdlərdən dişilər, XX-dən isə erkəklər inkişaf edir. Həmçinin yapon irqi özlüyündə çoxaldıqda intersekssiz normal cinsiyyət nisbəti əmələ gəlir. Lakin ayrı-ayrı irqlərin X və Y cinsiyyəti müəyyən etməkdə müxtəlif qüvvəyə malikdir. Göstərilənmisalda yapon irqi Xa daha qüvvəli erkəklik faktoruna malikdir, həmçinin yapon irqini Y- xromosomu dişilik faktoru avropa irqinin Xa və Ya xromosomlarından qüvvəlidir. Odur ki, X Ya dişilərdə yapon irqinin X-xromosomunun erkəklik faktoru müəyyən qədər avropa irqinin Y-xromosomunun dişilik faktorunu (Ya) zəiflədərək interseksuallığın yaranmasına səbəb olur. İkinci nəsildə dişilərin yarısı intersekslər, yarısı isə normal olur.

Tədqiqatlar bir daha sübut edir ki, orqanizmlər cinsiyyətə görə həqiqətən biseksualdır, yəni cinsiyyətin inkişafına görə hər iki genetik imkana malikdir. İrsi müəyyənləşən biseksuallıq digər heyvan və bitkilərdə də üzə çıxarılmışdır.

YAZAR: Rüstəmli Ləman

 

Həmçinin bax: Cinsiyyətlə ilişikli genlərin irsiliyi

Həmçinin bax: turaz.org/martda-mektebler-yeniden-baglana-biler-aciqlama/