Cinsiyyətin diferensiasiyası

Orqanizmin digər əlamətləri kimi, cinsiyyət əlamətləri də xarici mühitin və genotipin faktorları ilə müəyyənləşir. Məlumdur ki, orqanizmlərin cinsiyyətə görə genotipik olaraq biseksual olması cinsiyyətin diferensiasiyası prosesini olduqca mürəkkəbləşdirir. Orqanizmin biseksual olması prinsip etibarı ilə onun inkişafının lazımi istiqamətdə, yəni cinsiyyətin ontogenezdə dəyişilməsinə imkan verir. Heyvanların rüşeyminin başlanğıc qonadaları cinsiyyətcə indeferent  və təbiətcə cinsiyyətinə görə ikitərəfli olurlar. Bu qonadalar xaricdən  korteks (cortex) adlanan toxuma ilə örtülmüşdür. Korteksin inkişafı, daha  doğrusu diferensiasiyası nəticəsində dişi cinsi hüceyrələr əmələ gəlir. Qonadanın (medulla) medulla adlanan daxili qatından isə diferensiasiyanın nəticəsində erkək cinsi hüceyrələr əmələ  gəlir. Cinsiyyətin diferensiasiyası nəticəsində bu qatlardan biri inkişaf edərək digərinin fəaliyyətini dayandırır. Bu qayda üzrə korteks üstün gəldikdə qonada dişi cinsiyyət üzvü olan yumurtalıq, medulla inkişaf etdikdə isə toxumluq əmələ gəlir. Cinsiyyətin diferensiasiyası nəticəsində bu qatlardan biri inkişaf edərək digərinin fəaliyyətini dayandırır. Bu qayda üzrə korteks üstün şəkildə qonada dişi cinsiyyət üzvü olan yumurtalıq, medula inkişaf etdikdə isə toxumluq əmələ gəlir.

Bu dəyişmələrə müvafiq olaraq cinsiyyət  yollarının diferensiasiyası da gedir. Bir çox heyvanlarda bu proses hormonlordan asılıdır, bu hormonları nəinki endokrin vəzilər, hətta korteks  və medulla qatları tərəfindən, sonralar isə cinsiyyət vəziləri tərəfindən ifraz olunur. Erkək fərdlərdə medulların, dişi fərdlərdə isə korteks hormonu  estron üstünlük təşkil edir. Cinsiyyətin gələcək differensiasiyası, xüsusilə ikinci cinsiyyət əlamətlərin inkişafı cinsiyyət hormonlarının təsiri altında gedir. Lakin qeyd etmək lazımdır ki, qonadada korteks və ya medulla qatlarının inkişafında olduğu kimi hormonların ifrazı genlərlə, dəqiq desək genlərin  balansı ilə idarə olunur. Ümumi gen balansında erkək cinsi müəyyən edən genlər üstünlük təşkil edəndə erkək, dişi cinsini müəyyən edən gen  üstünlük təşkil etdikdə dişi fərdlər meydana çıxacaq. Ontogenezdə hormonların ifraz aktivliyinin dəyişdirilməsi  interseksual fərdlərin əmələ gəlməsinə səbəb olur. Ali bitkilərdə cinsiyyətin differensiasiyasına bitki hormonları – auksinlər əsaslı təsir göstərirlər.

Orqanizmlər cinsiyyətə görə genotipik olaraq biseksualdır. Elə ona görə də cinsiyyətin diferensiasiyası mürəkkəb prosesdir. Cinsiyyətin ontogenezdə diferensiasiyası bu və ya digər cinsiyyəti müəyyən edən maddənin çox və ya azlığından asılıdır. Heyvanların rüşeyminin başlanğıc qanadları cinsiyyətcə indiferentdir. Bu qanadlar xaricdən korteks adlanan toxuma ilə örtülmüşdür. Bundan dişi toxuması inkişaf edir. Rüşeymin inkişafı prosesində bu qanadlardan biri o birinin fəaliyyətini dayandırır. Bu qayda ilə korteks üstün gəldikdə qanadda dişi cinsiyyət üzvi –yumurtalıq, medulla inkişaf etdikdə toxumluq əmələ gəlir.

Lakin qeyd etməliyik ki, qanada da korteks və ya medulla qatının inkişafı genlərdə idarə olunur. İkinci cinsiyyət əlamətləri bilavasitə cinsiyyət hormonlarının təsiri altında inkişaf edir. Cinsiyyət hormonun miqdarı genlərin balansından asılıdır. Genotipdə erkək cinsiyyəti determinə edən genlər üstünlük təşkil etdikdə erkəklik hormonunun aktivliyi artır və erkək cinsiyyət diferensiasiya olunur, genlərin balansı əksinə olduqda dişi cinsiyyət inkişaf edir. Bu məsələni izah etmək üçün qanadları cinsiyyətlərə köçürülməsi və ya axtalanma üsulundan istifadə olunur. Məməlilərdə və insanlarda erkək cinsiyyətin inkişafı toxumluğun varlığı ilə, daha doğrusu toxumluq tərəfindən testosteron hormonunun ayrılması ilə müəyyən edilir. Dişi cinsiyyətin inkişafı ilə yumurtalığın mövcudluğu ilə deyil, toxumluğun olmaması ilə müəyyənləşir. Orqanizmlərin genetik biseksuallığı həmçinin ontogenezdə təbii və süni şəraitdə cinsiyyətin dəyişilməsi imkanını təmin edir ki, bu da cinsiyyətin əvvəlcədən təyini adlanır.

Məməlilər müxtəlif cinsiyyətin əkiz embrionlarının inkişafında cinsiyyətlərdə birində dəyişkənlik baş verir. Məsələn, iri buynuzlu qaramalda müxtəlif cinsiyyətli əkizlikdə erkəklər normal inkişaf edir, lakin dişilər əksərən (90%) interseks olur. Onlar frimartin adlanır və dölsüz olur. Belə əkizlərdən erkək rüşeymin toxumluğu yumurtalığa nisbətən qana daha tez hormon, o cümlədən medullyarin buraxır. Əkizlərin qan–damar sistemi anastomoz vəziyyətində olduğundan, dişilərin qanına toxumluq hormonu daxil olaraq dişi cinsiyyətin normal formalaşmasına əks-təsir göstərir. Lakin çox bala verən heyvanlarda – donuzlarda, keçilərdə, qoyunlarda qan-damar sistemi ayrı olduğundan onlarda frimartinliyə rast gəlinmir.

Son zamanlarda eksperimental yolla cinsiyyətin əvvəlcədən təyini akvarium balıqlarında Yamamoto (1953) tərəfindən müəyyən edilmişdir. Cinsiyyətin əvvəlcədən təyininə aid belə misallar çoxdur. Analoji təcrübələr tritonlarda, bəzi qurbağalarda və bir sıra heyvanlarda aparılmışdır.

Qeyd etməliyik ki, hormonlar və digər faktorların təsiri ilə ontogenezdə cinsiyyətin fenotipcə dəyişilməsi, lakin genotipcə sabit saxlanılması qazanılmış əlverişli əlamətlərin irsən nəslə ötürülməsi fikrinin düzgün olmadığını bir daha sübut edir. Ümumiyyətlə, orqanizmlərin biseksuallığı ontogenezdə cinsiyyətin diferensiasiyasını dəyişdirməyə imkan verir.

 

Yazar: Ləman Rüstəmli

Həmçinin bax: Ömür kitabın

Həmçinin bax: turaz.org/ermenistan-ordusu-yoxdur-bitib-qurtarib-ilham-eliyev-2/