Cinsiyyəti izah edən balans nəzəriyyəsi

Cinsiyyət də orqanizmin başqa əlamət və xassələri kimi müəyyən faktorlarla – genlərlə meydana gəlir. Deməli, genlər orqanizmin dərəcəli də, inkişafında böyük rol oynayır. Genetikada belə bir mülahizə yaranmışdır ki, dişi cinsiyyəti idarə edən genlər X xromosomunda. Erkəyinki isə Y-xromosomunda yerləşmişdir. Lakin bununla belə autosom xromosomlarının da cinsiyyətdə rolunu müəyyən etmək üçün cinsiyyət xromosomları ilə autosom xromosomları arasındakı nisbətlər öyrənilmişdir. Bu baxımdan dişilərdə 2 X-xromosomuna qarşı 2 A (autosom) xromosomları olur, dişi cinsiyyətin formalaşmasında 2X:2A=1olur. Deməli, bu nisbət bərabər olanda dişi cinsiyyət formalaşır. Lakin erkəklərdə 1 X-xromosomu olduğundan burada X-in A-ya nisbəti 1:2 nisbəti kimi olur.

Deməli, X:2A=0,5 olanda erkək cinsiyyət formalaşır. Lakin Bridcesin təcrübələrində olduğu kimi meyozda xromosomların düzgün aralanmaması nəticəsində cinsiyyət xromosomları ilə autosom xromosomları arasındakı nisbətlər (X:A) pozulur. Xromosomlarınaralanmaması halları həm cinsiyyət və həm də autosom xromosomlarında baş verə bilər. Bəzənelə dişilər meydana çıxır ki, onlarda 2 deyil 3 X-xoromosomu olur və X-in A-ya nisbəti dəyişir: 3X:2A=1,5 olur. Bu cür dişilər üstün dişi adlandırılır. Meyozda xromosoların aralanmaması hallarında cinsiyyət xromosomları ilə autosom xromosomları arasındakı nisbət müxtəlif dərəcədə dəyişilə bilər.

Bridces 1919cu ildə drozofil milçəkləri arasında triploid dişilər, yənihər tip xromosomu (3 X, 3 A) olan dişi milçəklər tapmışdı. Bridces bu triploid milçəkləri normal erkəklərlə çarpazlaşdırdıqda cinsiyyətcə bir sıra müxtəlif formalar meydana çıxmışdır. Qeyd edilən çarpazlaşmada aşağıdakı nəsillər əmələ gəlmişdi:

1. Normal diploid dişilər;

2. Autosom xromosomları diploid olan yalnız bir X-xromosomu artmış olan üstün dişi;

3. Həm autosom xromosomları, həm də cinsiyyət xromosomları üç kompleksdən ibarət olan triplod dişilər;

4. İki X-xromosomu, üç kompleks autosom xromosomu olan və əlavə Y-xromosomu daşıyan interseks milçəklər;

5. Bir X-xromosomu və bir Y-xromosomu və 3 kompleks autosomu olan üstün erkək milçəklər;

Bridcesin balans hipotezinə görə orqanizm cinsiyyətcə biopotensialdır, yəni o, özündə həm dişi, həm də erkək cinsiyyətin imkanlarını daşıyır. Cinsiyyət, fərdin inkişaf prosesində erkək və dişiliyi təmin edən genlərin – cinsiyyətin determinatorlarının balansından asılıdır. Əslində cinsiyyətin formalaşması həm cinsiyyət xromosomundan, həmdə autosom xromosomlarından asılı olur. X-xromosomu dişi cinsiyyətin və autosom xromosomları isə erkək cinsiyyətin inkişafını təmin edən genlər daşıyır. Ziqotdan hansı cinsiyyətin inkişaf edəcəyi X və autosom xromosomların balansından asılıdır.Bridcesə görə interseksuallığın dərəcələri şəraitdən də asılıdır. Yüksək temperaturda interseks ziqota dişiliyə doğru, aşağı temperaturda isə erkəkliyə doğru meyl göstərir.

Deməli, bir-birinə əks olan cinsiyyət genlərinin qarşılıqlı təsiri xatici amillərdən də asılıdır. Bu nəticəyə görə seçmə vasitəsilə intersekslərdə cinsiyyətə doğru meyli gücləndirmək, daha doğrusu; dişi və ya erkək cinsiyyətə doğru tənzim etmək. Drozofil milçəyində elə genlər aşkar edilmişdir ki, onlar homoziqot vəziyyətə cinsiyyət nisbətinin kəskin surətdə dəyişməsinə səbəb olur. Məs., III xromosomda yerləşən və transformer adlanan gen (tr) homoziqot halında-trtr dişi verəcək ziqotu, yəni iki X-xromosomu olan rüşeym erkəkliyə doğru dəyişdirə bilər. Lakin bu erkəklər dölsüz olur. Deməli, cinsiyyəti idarə edən xüsusi genlər də mövcuddur.

YAZAR: Rüstəmli Ləman

 

Həmçinin bax: https://kafkazh.com/cinsiyyetin-formalasmasini-izah-eden-fizioloji-nezeriyye/

Həmçinin bax: https://tehsilim.org/qehremanlar-unudulmur-adli-resm-sergisi-kecirilib/