Çingiz xan və Monqol dövləti

Monqol lideri Çingiz xan təvazökar başlanğıclarla tarixin ən böyük imperatorluğunu qurmuşdur. Monqol platosunun köçəri tayfalarını birləşdirdikdən sonra Orta Asiya və Çinin böyük bir hissəsini fəth etmişdir. Onun nəvələri imperatorluğu daha da genişləndirərək Polşa, Vyetnam, Suriya və Koreya kimi ucqar yerlərə qədər irəliləmişlər. Monqollar Afrika böyüklüyündə 11 ilə 12 milyon kvadrat mil arasında bir əraziyə nəzarət edirdilər. Çingiz xan istilaları zamanı bir çox insan qətlə yetirilmişdi, lakin, eyni zamanda, o, tabesindəkilərə dini azadlıq vermiş, işgəncələri ləğv etmiş, ticarəti təşviq etmiş və ilk beynəlxalq poçt sistemini yaratmışdır. Çingiz xan 1227-ci ildə Çin kralı Xi Xia’ya qarşı aparılan hərbi əməliyyat zamanı dünyasını dəyişmişdir.

Çingiz xan – Erkən illərdə. Temuçin, yəni Çingiz xan təxmini 1162-ci ildə indiki Monqolustan və Sibir arasındakı sərhəd ərazisində anadan olmuşdur. Rəvayətə görə o, sağ əlində qan laxtası tutaraq dünyaya gəlib. Atası anasını qaçırmış və onunla zorla evlənmişdi. O dövrdə Orta Asiya çölündə köçəri qəbilələr ilə davamlı döyüşürdülər və bir-birlərindən oğurluq edirdilər, Temuçin üçün həyat şiddətli və gözlənilməz hadisələrdən ibarət idi. 10 yaşına gəlməzdən öncə atası düşmən qəbiləsi tərəfindən zəhərlənərək öldürülmüşdü. Daha sonra Temuçinin öz qəbiləsi onlara baxmamaq üçün anası və altı qardaşını tərk etdi.

Bilirsinizmi? Çingiz xan heç kəsə onun şəklini çəkməsinə, heykəlini qoymasına və şəklini bir sikkə üzərinə həkk etməsinə icazə verməzmiş. Onun ilk şəkli ölümündən sonra ortaya çıxmışdı.

Qısa müddət sonra Temuçin böyük qardaşını öldürmüş və kasıblıq bürümüş evlərini ələ keçirmişdi. Lakin, bir anda onu tərk edən qəbiləsi tərəfindən əsir götürüldü və kölələşdirildi, nəhayətində, qaçmağı da bacardı. 1178-ci ildə Temuçin Borte ilə evlənib və dörd oğlu ilə bilinməyən sayda qızı olub. Borte qaçırıldıqdan sonra onu xilas edib və qısa müddət ərzində ittifaqlar qurmağa, savaşçı olaraq bir şöhrət qazanmağa, artan izləyicilərini özünə çəkməyə başladı. Çingiz xanın uşaqlığı haqqında bildiklərimizin çoxu onun ölümündən qısa müddət sonra yazılmış, Monqol tarixi və ədəbiyyatının ən qədim əsəri olan “Monqolların Gizli Tarixi” ndəndir.

Çingiz xan monqolları birləşdirmişdir.Temuçin ənənəyə sadiq qalmayaraq, yüksək vəzifələrə qohumları yerinə yetkin müttəfiqlər qoydu və qalan üzvləri qəbiləsinə daxil edərkən düşmən qəbilələrin liderlərini edam etdi. Bütün talanların tam qələbə qazanana qədər gözləmələrini əmr etdi və döyüşçülərini qohumlarından asılı olmayaraq 10 nəfərlik qruplara ayırdı. Temuçin animist olsa da, onun ardıcılları arasında xristianlar, müsəlmanlar və buddistlər var idi. 1205-ci ildə köhnə yaxın dostu Jamuka da daxil olmaqla, bütün rəqiblərini məğlub etdi. Növbəti il hər bölgədən olan nümayəndələrini bir araya gəlib ölçüsünə görə müasir Monqolustana bənzəyən bir millət yaratmaqlarını istədi. Bundan əlavə olaraq, o, Qərbdə “Universal hökmdar” anlamına gələn Çingiz xan elan edildi.

Çingiz xan imperiya qurur. Tayfaları birləşdirən Çingiz xan təxminən 1 milyon insana rəhbərlik edirdi. Qəbilə savaşının ənənəvi səbəblərini yatırmaq üçün miras qalmış titullarını ləğvetdi. Qadınların satılması və qaçırılmasını qadağan etdi, hər hansı bir monqolun kölələşdirilməsini ləğv etdi və heyvan oğurluğuna ölüm cəzası verdi. Üstəlik, Çingiz xan yazı sisteminin qəbul edilməsini əmr etdi, qaydalı olaraq bir siyahıya alma apardı, xarici səfərlərə diplomatik toxunulmazlıq verdi və bu fikir başqa bir yerdə tutulmazdan əvvəl dini azadlığa icazə verdi.

Çingiz xanın Monqolustan xaricindəki ilk yürüşü Çinin şimal-qərbində yerləşən Xi Xia’nın krallığına qarşı idi. Bir sıra basqınların sonrasında 1209-cu ildə monqollar Xi Xia’nın paytaxtının Yinchuana gətirilməsi üçün böyük bir təşəbbüs başlatdılar. Digər ordulardan fərqli olaraq, monqollar, böyük bir at sürüsü xaricində ərzaq qatarı olmadan səyahət edirdilər. Ordu, demək olar ki, tamamilə mütəxəssis atlılar və ox-yayı olan süvarilərdən ibarət idi. Yinchuanda monqollar taktikaları ilə geri çəkildi, sonra isə Yinchuanı mühasirəyə aldılar. Şəhərə qarşı olan subasma uğursuz  olsa da, Xi Xia onlara xərac verdi. Monqolların növbəti yürüşündə  Şimali Çinin Jin sülaləsi Çingiz xandan təslim olmağını istəməklə səhvlik etmişdi. 1211-ci ildən 1214-cü ilədək sayca çoxluq təşkil edən moğol ordusu çölləri viran qoyaraq qaçqınları şəhərə axın etməyə vadar etdi.  Ərzaq qıtlığı yaranması səbəbindən Jin ordusu öz on minlərcə kəndlisini öldürdü.  1214-cü ildə monqollar paytaxt Zhongdunu ( indiki Pekin) taladı və Jin hökmdarı böyük miqdarda ipək, gümüş, qızıl və at bağışladı. Jin hökmdarının sarayını cənuba-Kaifeng şəhərinə köçürdüyünü bilən Çingiz xan müqaviləni ləğv etdi və Jin qaçaqlarının köməyi ilə Zhongdunu dağıtdı.

1219-cu ildə Çingiz xan indikiTürkmənistan, Özbəkistan, Əfqanıstan və İranda Xarəzm İmperatorluğu ilə döyüş başlatdı. Xarəzm sultanı ticarət müqaviləsi imzalamağı qəbul etsə də, ilk karvan gələrkən mallar oğurlandı və tacirlər öldürüldü. Sonra sultan Çingiz xanın bəzi səfirlərini öldürdü. Monqol ordusu sayca az olmasına baxmayaraq Buxara, Səmərqənd və Ürgənc də daxil olmaqla, ard-arda Xarəzmi işğal etdi. Dülgər və zərgərlər kimi bacarığı olanlar xilas edilir, aristokratlar və müqavimət göstərən əsgərlər öldürülürdü. Bacarıqsız işçilər, növbəti döyüş əsnasında, adətən, canlı qalxan olaraq istifadə edilirdi. Çingiz xanın müharibələri zamanı nə qədər insanın öldüyü heç kəsə məlum deyil, çünki monqollar qəddar üzlərini terroru yaymağın yolu olaraq görürdülər.

Çingiz xanın ölümü və imperiyanın davamı. Çingiz xan 1225-ci ildə Monqolustana qayıtdı vəYapon dənizindən Xəzər dənizinə qədər olan böyük bir əraziyə nəzarət etməyə başladı. Yenə də, Xarəzmin işğalında ona qoşun göndərməkdəm imtina edə Xi Xia krallığına diqqətini yönəltməzdən əvvəl uzun müddət istirahət etmədi. 1227-ci ilin əvvəllərində bir at Çingiz xanı yerə yıxdı və yaralanmasına səbəb oldu. Onun müalicələri davam etsə də, sağlığı heç vaxt yerinə gəlmədi. O, Xi Xia əzilməzdən əvvəl, 1227-ci il avqustun 18-də öldü.

Çingiz xan, tarixdəki hər hansı bir şəxsdən iki qat çox yer fəth etdi və bu müddət ərzində Şərq və Qərb mədəniyyətlərini birləşdirdi. Onun nəvələri Ögödey və Xubilay xan da daxil olmaqla, nəslində bir çox görkəmli fəttahlar olmuş, Şərqi Avropa, Orta Şərq və Çinə, həmçinin digər ərazilərə hökmranlıq etmişlər. Monqollar XIV əsrdə, hələ imperiyaları dağılmazdan əvvəl Yaponiya vəYavanı işğal etmişlər. Çingiz xanın imperiyasının son hökmdarı nəhayət ki 1920-ci ildə istefaya göndərildi.

YAZAR: Aysu Əlizadə (Naxçıvan Müəllimlər İnstitutu, İngilis dili müəllimliyi ixtisası, II kurs tələbəsi)

 

Həmçinin bax: Psychoanalysis-Psixoanaliz

Həmçinin bax: https://turaz.org/istanbulda-susanin-azad-olunmasi-munasibetile-aksiya-kecirildi/

Həmçinin bax: https://tehsilim.org/huseyn-cavidin-ucurum-faciesi-ilk-defe-ayrica-kitab-halinda-nesr-olunub/