Çində siyasi gərginlik və Hun axınları. Mete xaqanın taxta çıxması
Çinin birləşdirlməsi:
B.e.ə 221-ci ildə Çin Kralı digər altı bəyliklərini də özünə tabe etdi və Şi Huanqdi “ilk imperator” titulunu aldı. Çinlilər bir dam altında birləşdikdən sonra Şi Huangdi diqqətini Hunlara yönəltdi. Men Tianın rəhbərliyi ilə hunlara qarşı on minlərlə əsgər göndərdi və Sarı çayın cənubundakı Ordos torpaqlarını ələ keçirdi. Çin İmperiyası ilə Hunlar arasındakı sərhəd Sarı çay oldu. Çin yeni bir məskunlaşma və sərhəd siyasətinə başladı. Buna görə Sarı çayın sahillərində 44 mahal quruldu və sərhədləri qorumaq üçün əsgərlərlə birlikdə Çində cinayət törətmiş insanlar yerləşdirildi. Jiuyuandan Yunyana gedən yolu idarə etdi. Böyük Çin səddini də möhkəmləndirdi və Lintaodan Liaodonqa yüzlərlə kilometrlik sahil çəkdi. Sarı çayın şimalından keçərək Çinlilər Yang Dağı ilə Beijia arasında məskunlaşdılar.
Çində qarışıqlıq və Hun axınları:
Metenin nə vaxt anadan olduğu məlum deyil. Gəncliyində Hunların şərqindəki Donqhu və cənub-qərbdəki Yueci adlanan insanlar güclənmişdilər. B.e.ə. 221-ci ildə qurulan Çin İmperiyası Sarı Çayın cənubundakı Ordos’u ələ keçirəndə və tədricən Sarı Çayın şimalına doğru irəliləməyə başlayanda, Hunların başçısı Tanhu ( Çanyu ) ünvanını daşıyan Teoman idi. O, Çinin yürüşlərindən sonra xalqı ilə birlikdə uzaq şimala çəkildi. On il sonra 210-cu ildə Şi Huanqdinin komandiri Men Tian öldü. Bunun üzərinə Çində feodallar dövlətə qarşı üsyan qaldırdılar. Çin imperatorluğunun sərhəd bölgələri siyasəti ölkədə yaranan xaos və dövlət nizamının iflas etdi. Hunlara qarşı sərhəddə yerləşdirilənlər Çinin daxili bölgələrinə qayıtdılar. Bunun üzərinə Hunlar cənuba enib Sarı çayını keçərək torpaqlarını azad etdilər.
Mete xaqanın taxta çıxması:
Bu vaxt Hunlarda bəzi dəyişikliklər baş verdi. Teoman Çanyunun oğlu Mete normalda özündən sonra liderliyi ələ alacaqdı. Lakin Teoman ilk arvadından sonra aldığı arvadından dünyaya gələn uşağı taxta çıxarmaq istədi. Əslində, adətə görə, yalnız birinci uşaq taxta çıxa bilərdi. Bunun üzərinə, o, Meteni bir müqavilə ilə cənub-qərb tərəfdəki Yueciyi girov olaraq göndərdi, beləliklə ə Meteni dövlət rəhbərliyindən uzaqlaşdıraraq istəyini yerinə yetirdi. Teoman qəfildən Yuecilərə hücum etdi. Yueci bəyi müqavilənin yerinə yetirilməməsi səbəbiylə Meteni öldürmək istədi. Mete onlardan bir at oğurlayaraq Hun ölkəsinə qayıtdı. Touman oğlunun cəsarətini qiymətləndirdi və onu 10.000 atlı ordunun başına qoydu.
Mete orduda təlimlərə başladı. Əvvəla, düdüklü oxlar ixtira edərək at əsgərlərini yetişdirməyə başladı. Onun əmrinə görə hər kəs fit çalan oxlarını atmalıdır, əmrlərinə tabe olmayanlar isə öldürüləcəkdir. Sonra bir ov zamanı oxunu atdığı yerə ox atmayanları öldürdü. Sonra bir gün öz atını nişan aldı və ata ox atmaqdan qorxanları öldürdü. Növbəti dəfə oxunu arvadına nişan aldı, yenə də ox atmaqdan qorxanlar edam edildi. Nəhayət, ovda atası Teomanın atını nişan aldı, bu dəfə hamı çəkinmədən oxlarını atdı. Atası Teoman ov edərkən oxunu atasına atdı və əsgərləri də oxlarını Çanyuya atdılar. Beləliklə Çanyunu, ögey anasını, ögey qardaşını və ona qarşı çıxan məmurları öldürdü.
Beləliklə b. e.ə. 209-cu ildə Mete Hunları Çanyusu ( Tanhu ) oldu
QAYNAQ: Kürşat Yıldırm- Hun Tarihi
TƏRCÜMƏÇİLƏR: Gülnarə Məmmədova və Arzu Oruclu
HƏMÇİNİN BAX: Ən qədim Hun boyları və Hun-Çin münasibətləri
HƏMÇİNİN BAX: Tehsilim.org/bu-gunden-muellimlerin-ise-qebulu-uzre-sened-qebuluna-baslanilir/