“Çində koronavirusa yoluxanların sayında artım olmuş”
Çində ötən 24 saatda 45 yeni yoluxma faktı aşkarlanıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Komissiyası açıqlayıb.
Bildirilib ki, yoluxmaların əksəriyyəti Sincan-Uyğur Muxtar Rayonunda qeydə alınıb – 31.
Məlumata görə, ötən sutka qeydə alınmış yoluxma halların sayı iyulun 30-u ilə müqayisədə, demək olar ki, 3 dəfə azdır. Belə ki, daha öncə ölkədə 127 nəfərdə COVID-19 aşkarlanıb.
Qeyd edək ki, Çində indiyədək 84 337 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 4 634 nəfər virusun qurbanı olub.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Zöhrə Məmmədova
Mənbə:Report.az