Çılpaqtoxumlular

Çılpaqtoxumlu o bitkilərə deyilir ki, onlarda toxum əmələ gəlir, lakin çiçək və meyvələri olmur. Toxumlar açıqda olur, bəzi hallarda pulcuqlarla örtülür. Toxumun əmələ gəlməsi bitkilərin təkamülün də əhəmiyyətli bir mərhələdir. Toxumda olan qida maddələri, çox zəif olan rüşeymin ilk inkişaf dövründə onun yaşamasını təmin edir. Möhkəm toxum örtüyü rüşeymi əlverişsiz şəraitdən qoruyur. Təkamül nəticəsində qazanılmış bu əlamətlər və mayalanmanın sporlu bitkilərdən fərqli olaraq sudan asılı olmaması çılpaqtoxumlu bitkilərin quruda daha geniş yayılmasına imkan yaratdı

Çılpaqtoxumlular daş kömür dövrünün başlanğıcında nəsli kəsilmiş müxtəlif sporlu qıjıkimilərdən törətmişdir. Hazırda çılpaqtoxumluların 700- ə qədər növü vardır. Onların əksəriyyəti ağac , qalan hissəsi isə kol bitkiləridir.

Çılpaqtoxumluların ağac formalarının çoxu böyük gövdəyə malikdir. Onlardan ən nəhəngi sekvoya ( mamont ağacı) və şam ağaclarıdır .

Son illərdə Şimali Amerikada hündürlüyü 112 metr olan sekvoya ağacı tapmışlar.

Sekvoya olduqca yoğun gövdəli ağacdır. Hündürlüyü 80 m , yerdən 3 m yuxarıya qədər gövdəsinin diametri 8 m olan sekvoya ağacı vardır. Hazırda yaşı 3000 ildən çox olan mamont və digər çılpaqtoxumlu ağacların olduğu müəyyən edilmişdir. Qafqaz ağ şamının hündürlüyü də 80 metrə qədər çatır.

Çılpaqtoxumluların gövdəsinin en kəsiyinə baxsaq onun qabıq hissəsinin nazik olduğunu, oduncağın isə daha yaxşı inkişaf etdiyini görərik. Onlarda özəyin inkişafı da zəif olur. Yaşıl gövdələrdə özək az nəzərə çarpır. Çiçəkli bitkilərə nisbətən çılpaqtoxumluların oduncağı daha sadə quruluşludur . Əsasən traxeidlərdən – qalın qlaflı qaytanabənzər ölü hüceyrələrdən ibarətdir. Ötürücü və dayaq funksiyasını yerinə yetirir. Oduncaqda əsas toxuma olan parenxim çox azdır, ya da heç yoxdur. Bəzi növlərinin qabığında və oduncağında içərisi qətran və efir yağları ilə dolu olan qətran kanalları vardır. Bu maddələrin buxarlanması iynəyarpaqlı meşələrə xas olan xoş qoxu yaradır. Bu maddələr bakteriyaları məhv edir .

Çılpaqtoxumluların əksəriyyətində yarpaqlar iynə şəklindədir, qışda tökülmür . Yarpaqların üzəri qalın kutikula ilə örtülüdür. Bu, örtücü toxuma tərəfindən xaric olunan xüsusi maddə qatıdır. Yarpaqları soyuqdan və istidən qoruyur , suyun buxarlanmasının qarşısını alır .

 

Ağızcıqlar yarpaq toxumasının içərisində yerləşir, bu da yarpaqlardan suyun buxarlanmasının qarşısını alır. Yarpaqların dəyişilməsi bitkinin bütün həyatı boyu tədricən baş verir. Bəzi çılpaqtoxumlularada , məsələn , kinqkoda ,saqovniklərdə yarpaq ayası çiçəkli bitkinin və palmaların yarpaqlarına oxşayır .

Hər qozacıq pulcuqlardan təşkil olunmuşdur. Hər pulcuqda iki ədəd tozcuq kisəsi əmələ gəlir. Tozcuqlar yetirdikdən sonra toz kisələri partlayır , tozcuqlar xaricə tökülür və külək vasitəsilə ətrafa yayılır. Tozcuqların hər birində iki hava qovuqcuğu olur . Onların səyasində tozcuqlar uzun müddət havada qala bilir və hava axını ilə uzaq məsafələrə yayılır.

Həmin dövrdə eyni ağacın cavan və nisbətən uzun budaqlarının ucunda tək – tək yerləşmiş qırmızımtıl rəngdə qozalar əmələ gəlir. Bu qozalarda pulcuqlardan ibarət olur.

Hər pulcuğun üst tərəfində 2 ədəd yumurtanın yerləşir. Şam ağacında dişicik yoxdur. Ona görə də yumurtacıqlar dişiciyin yumuryalığında deyil, açıqda yerləşir. Onlar örtülü deyil, çılpaqdır , tozlanma zamanı tozcuq birbaşa yumurtacığın üzərinə düşür. Tozlanma getdikdən sonra qozanın pulcuqları bağlanır və qətran vasitəsilə bir birinə yapışır. Bu vaxt yumurtacıq hələ mayalanmaya hazır olmur. Mayalanma xeyli gec, bir ildən sonra, növbəti yayda baş verir .

Adi şam ağacı torpağa və rütubətə az tələbkar olduğundan hər yerdə bitir . Şam ağacları işıqsevər bitkidir. Hətta sıx ot bitən yerlərdə onun toxumları cüvərib inkişaf edə bilmir .

Eldar şamı 20 metrə qədər hündürlükdə olur. İynəyarpaqlı cüt-cüt yerləşir, qozaları iri , yumurta şəkillidir . Azərbaycanda Eldar çölündə, Eldar oyuğu adlanan dağ ətəyinin qayalı yamaclarında 50 hektara yaxın təbii meşəsi qalmışdır. Eldar şamı torpağa az tələbkardır, quraqlığa davamlıdır. Bakı, Sumqayıt və digər şəhərlərin yaşıllaşdırılmasında geniş  istifadə olunur.

Adi küknar meşələri Rusiya da böyük sahələri tutur. Küknar ağacı şam ağacından həm xarici görünüşünə görə, həm də torpağa və rütubətə daha çox tələbkar olduğuna görə fərqlənir. İynə yarpaqları nisbətən qısa və sıxdır, ağacın üzərində 6-7 il qalır . Kökləri dərinə getmir , torpağın münbit üst qatında yanlara yayılır . Ona görə də küləyə davamsızdır . Küknar ağacları şam ağaclarına nisbətən gec böyüyür.

Qara şam ağacı da ən çox Rusiya ərazisində geniş yayılmışdır. O, Şərqi Sibirdə böyük meşələr əmələ gətirmişdir. Adı şam və küknardan fərqli olaraq iynə yarpaqları hər il tökür və yazda yeni iynə yarpaqlar əmələ gətirir. Oduncağı qiymətlidir, tikinti və mebel sənayesində istifadə olunur.

 

YAZAR: Yusibova Aytən

 

Həmçinin bax: https://kafkazh.com/qanin-formali-elemetleri/

Həmçinin bax: https://tehsilim.org/konulluluyun-bir-acari-layihesinde-100-den-cox-telebe-konullu-istirak-edib/