Çiçək tumurcuğunun anatomiyası
Tumurcuq xaricdən tumurcuq pulcuğu ilə örtülmüşdür. Pulcuq tumurcuğu payızda, qışda, erkən yazda şaxtalı havalarda soyuqdan qoruyur.
Tumurcuqlar gövdə üzərində yerləşdiyi vəziyyətə və fizioloji xüsusiyyətlərinə görə müxtəlif olur.
Quruluş və funksiyasına görə tumurcuqlar aşağıdakı tiplərə bölünür:
- Vegetativ tumurcuqlar- yalnız yarpağa başlanğıc verən
- Reproduktiv və ya çiçək- tumurcuğu
- Qarışıq və ya vegetativ- generativ tumurcuq –yarpaq və çiçək rüşeyminə malik olur.
- Törədici tumurcuq- metamorfozlaşmış əlavə kök rüşeymli tumurcuq.
Reproduktiv və ya generativ tumurcuq, adətən , iri olur. Bu tumurcuqdakı törədici toxumadan çiçək qrupları və ya çiçək inkişaf edir.
Çiçək tumurcuğunun anatomik quruluşu.
Çiçək gövdənin böyümə konusundan inkişaf edir, əsas və yan zoğların təpə hissəsində yerləşir. Vegetativ zoğun apeksinin meristem aktivliyə malikdir. Bunun aktivliyi çiçəyin və ya çiçək qrupunun əmələ gəlməsi ilə dayanır.
Vegetativ zoğun apeksi reproduktiv orqanları formalaşdırır və ya bilavasitə çiçək apeksinə çevrilir. Vegetativ apeks çiçək apeksinə çevrilməzdən əvvəl buğumaraları uzanır və onlardan altda lateral tumurcuqların erkən inkişafı başlayır.Apeksin mitoz aktivkiyi artır və onda bir sıra dəyişikliklər baş verir; əvvəlcə kiçik olan və tunika-korpus ( latınca-tunika – üst geyimi, korpus- bədən) tipdə təşkil olunmuş apeks tədricən genişlənir, günbəzi şəklini alır.
Bəzi bitkilərdə çiçək tumurcuqları payızda , bəzilərində isə qışda formalaşır. Çiçəkdaşıyıcı apeksin meristem hüceyrəleri vegetativ meristemlerden iri olub güclü vakuallaşmışdır. Çiçək apeksi daha yastıdır. Burada tunika və korpusun aynlması çox zeif nəzərə çarpır. İkinci toxumalar çiçək üçün səciyəvi deyil. İkinci toxumalar diferensiasiya etmiş toxumaların dediferensiasiya nəticəsində yaranan ikinci meristemlərdən əmələ gəlmiş toxumalardır.
Dedifferensiasiya- differensiasiya etmiş toxumaların meristem vəziyyətinə qayıdışıdır.
Çiçək elementlərinin və vegetativ yarpaqlarının əsaslarının qoyulması oxşar gedir. Hər bir element üçün insial hüceyrə rolunu tunikanın ikinci qatından olan hüceyrələr oynayır.Bu hüceyrələr periklinal bölünərək qabarcıq əmələ gətirir. Erkəkcik və meyvəyarpaqlarının əsasları korpus hüceyrələri hesabına qoyulur.
Çiçəyin inkişafının erkən mərhələrində, onun müxtəlif hissələrində tükcüklər, əmziklər əmələ gəlir. Bu törəmələr vəzili toxumanı yaradır. Onlar ontogenezin əvvəlində əmələ gəlib, çiçək toxumalarında su və mineral maddəlerin daşınmasını həyata keçirir, cinsiyyət hüceyrələrinin formalaşması zamanı baş verən fizioloji proseslərdə aktiv iştirak edir, hüceyrələrinin bölünməsi və çiçəyin spordaşıyıcı orqanlarınının inkişafına stimullaşdıran hormanları ifraz edirlər.
YAZAR: Almaz Əliyeva
Həmçinin bax: https://kafkazh.com/toxumlarin-tipleri/
Həmçinin bax: https://kafkazh.com/endosperm/
Həmçinin bax: https://tehsilim.org/sivas-cumhuriyyet-universitetinden-sehid-aileleri-ile-bagli-qerar/